“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının V turunda xal itirib.
Niko Kovaçın komandası doğma meydanda “Verder”lə 2:2 hesablı heç-heçə edib. Görüşün 80-ci dəqiqəsində Daniel Svensson hesabı açıb, 85-ci dəqiqədə isə Niko Şlotterbek fərqi artırıb. Lakin qonaqlar son dəqiqələrdə əzmkar oyun nümayiş etdiriblər. Lyudovit Reys 88-ci, Niklas Füllkruq isə 90+2-ci dəqiqədə fərqlənərək “Verder”ə bir xal qazandırıb.
Bu, Dortmund təmsilçisinin cari mövsümdə Bundesliqada ilk xal itkisi olub. Əvvəlki dörd turda qələbə qazanan “Borussiya” hazırda 13 xalla turnir cədvəlinin zirvəsindədir. Münhen “Bavariyası” isə bir oyun az keçirməklə üç xal geridədir.
Xatırladaq ki, “Sabah” Dortmund “Borussiya”sını oktyabrın 20-də Bakıda qəbul edəcək.