UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Sabah” və Finlandiyanın KuPS klubları arasında keçiriləcək oyunların proqramı müəyyənləşib.
Bu cütlüyün ilk qarşılaşma iyulun 21-də Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq. Görüşün start fiti saat 20:00-da səslənəcək.
Cavab oyunu isə iyulun 28-də Finlandiyanın Kuopio şəhərində yerləşən “Väre Arena”da keçiriləcək.