İngiltərə Futbol Assosiasiyası Tuxellə bağlı yekun qərarını verdi

16.07.26 | 14:42
Dünya futbolu

DÇ-2026-nın yarımfinalında Argentinaya 1:2 hesablı məğlubiyyətdən sonra tənqid hədəfinə çevrilən ingilislərin məşqçisi Tomas Tuxelin gələcək taleyinə aydınlıq gəlib.

ESPN-in məlumatına görə, İngiltərə Futbol Assosiasiyası (FA) uğursuzluğa baxmayaraq, alman mütəxəssislə yolları ayırmaq niyyətində deyil və onu postunda saxlamaq istəyir. Tuxel özü də turnirdən sonra komandadan ayrılmayacağını və işinə davam edəcəyini vurğulayıb.

Argentinaya məğlubiyyət Dumanlı Albionda böyük rezonans doğurub. BBC-nin tanınmış idman yazarı Con Bennet və bir çox keçmiş futbolçular Tuxelin taktikasını sərt tənqid ediblər: “1:0 öndə olduğu halda bu qədər erkən müdafiəyə çəkilmək Tuxel üçün ciddi suallar doğurur. O, məhz belə böyük oyunlarda fərqli və cəsarətli yanaşma nümayiş etdirmək üçün komandaya gətirilmişdi. Qaret Sautqeytin Avro-2020-nin finalındakı bənzər qərarlarına görə necə tənqid olunduğunu hər kəs xatırlayır”.

Tənqidlərin fonunda FA rəhbərliyi alman mütəxəssi müdafiə edib. Qurumun icraçı direktoru Mark Bullinqem rəsmi bəyanatla çıxış edərək komandaya dəstək nümayiş etdirib.

Mənbənin bildirdiyinə görə, Tuxelin Böyük Britaniya və İrlandiyanın ev sahibliyi edəcəyi Avro-2028-ə qədər müqaviləsi var və rəhbərlik onun bu müddətin sonuna qədər millini çalışdırmasını planlaşdırır.

Baş məşqçi gələcəyi ilə bağlı iddialara son qoyaraq, komandada qalacağını təsdiqləyib: “Müqaviləm ev sahibliyi edəcəyimiz Avropa çempionatına qədərdir və mən indidən o turniri səbirsizliklə gözləyirəm. Hazırda bu uğursuzluqdan sonra irəli baxmaq çətin olsa da, işimizi davam etdirəcəyik. Amma ilk növbədə dünya çempionatı bizim üçün bitməyib. Çox da böyük həvəslə gözləməsək də, oynamalı olacağımız daha bir matç var”.

İngiltərə millisi dünya çempionatının bürünc medalları uğrunda şənbə günü, Bakı vaxtı ilə saat 01:00-da Fransa ilə üz-üzə gələcək.

Paylaş:

Xəbər Lenti

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlıqlar davam edir

16.07.26 | 14:05

“Sabah”ın ÇL-dəki oyunlarının saatı və məkanı bəlli olub

16.07.26 | 14:25

“İmişli”də ayrılıq: Qanalı legionerlə müqaviləyə xitam verildi

16.07.26 | 14:07

“Şamaxı” Gürcüstan çempionunu heyətinə qatdı

16.07.26 | 14:17

İngiltərə Futbol Assosiasiyası Tuxellə bağlı yekun qərarını verdi

16.07.26 | 14:42

Reykyavik sınağı: Süni qazon və soyuq hava amili

16.07.26 | 13:13

Konfrans Liqası: “Zirə” Gürcüstanda üstünlüyünü qorumağa çalışacaq

16.07.26 | 13:41

ÇL: I təsnifat mərhələsinin nəticələri

16.07.26 | 08:07

Anje Mutsinzi: “İlk oyundakı böyük hesablı qələbə növbəti mərhələni təmin etmir”

16.07.26 | 01:16

Argentinadan möhtəşəm geri dönüş!

16.07.26 | 01:31

FİFA-dan tarixi qərar: DÇ-2026-nın finalında “müqəddəs qayda” pozula bilər

16.07.26 | 01:20

Harri Keynin uğur sirri: uşaqlıq sevgisi və ən böyük dəstəkçisi

16.07.26 | 00:11

Vüsal İsgəndərlidən komandası rəqibini darmadağın edərək növbəti mərhələyə yüksəldi

16.07.26 | 00:07

Maradonanın ölümü üzrə məhkəmə işində qalmaqal: Vəkillər az qala əlbəyaxa davaya çıxdı

16.07.26 | 00:32

Kollinadan Deşama sərt cavab: “Hakim yarımfinal səviyyəsinə tam layiq idi”

15.07.26 | 23:27

Rəşad Sadıqov: “Mərhələ məsələsini əsas vaxtda həll etmək istəyirik”

15.07.26 | 23:19

Aydın Süleymanlıdan ardıcıl ikinci heç-heçə

15.07.26 | 23:12

Qurban Qurbanov: “Uzun yola və soyuq havaya rəğmən, komandamız tam hazırdır”

15.07.26 | 22:15

“Düşmənimin düşməni dostumdur”: Şotlandlar İngiltərəyə qarşı oyunda niyə Argentinanı seçdi?

15.07.26 | 15:09

DÇ-2026: FİNALIN SON BİLETİ UĞRUNDA NƏHƏNGLƏRİN SAVAŞI!

15.07.26 | 15:49