UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “KuPS” (Finlandiya) – “Sabah” (Azərbaycan) matçının hakim təyinatları bəlli olub.
Qarşılaşmanı İsraildən olan referilər briqadası idarə edəcək. Baş hakim Qal Leyboviçə xətt hakimləri Roy Hassan və Yossi Babayoff köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Dekel Zino yerinə yetirəcək. Matçın VAR hakimi Daniel Bar Natan, AVAR isə Eitan Şmuelevits olacaq.
İyulun 28-də Finlandiyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda “Sabah” 1:0 hesabı ilə qalib gəlib.