UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Uelsin TNS (The New Saints) komandasını qəbul edəcək “Sabah”ın ev oyununa bilet satışı sürətlə davam edir. Paytaxt təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, indiyədək qarşılaşmaya 3000-dən çox bilet satılıb.
“Bayquşlar”ın avrokuboklardakı bu vacib sınağı iyulun 7-də “Bank Respublika Arena”da baş tutacaq. Masazırdakı görüşün start fiti saat 20:00-da səslənəcək.
Bu qarşılaşmanın cavab oyunu isə bir həftə sonra – iyulun 14-də Uelsdə keçiriləcək və növbəti mərhələyə yüksələn tərəf müəyyənləşəcək.