“Sabah”dan Finlandiyada parlaq qələbə: Çempionlar Liqasında növbəti mərhələ!

28.07.26 | 22:50
Ölkə futbolu

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında təmsilçimiz “Sabah” Finlandiyanın “KuPS” (Kuopio) klubunun qonağı olub. Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gələn “bayquşlar” səfərdə də rəqibini iki cavabsız qolla üstələyərək (ümumi hesab – 3:0) adını III təsnifat mərhələsinə yazdırdı.

Valdas Dambrauskasın yetirmələri görüşə inamlı başlayıb. Artıq 7-ci dəqiqədə “KuPS” müdafiəçisi Kasim Nuhunun kobud səhvindən yararlanan Coi-Lans Mikels hesabı aça bilərdi, lakin finlərin qapıçısı Yohannes Kraydl təhlükəni dəf etdi. İkinci hissənin ilk dəqiqələrində də təzyiqi davam etdirən “Sabah” 53-cü dəqiqədə istəyinə çatdı: Aleksey İsayev və Timoteuş Puxaçın təşkil etdiyi hücumu Velko Simiç dəqiq zərbə ilə tamamlayaraq hesabı açdı.

65-ci dəqiqədə növbəti təhlükəli hücum zamanı topu qapı dirəyinə vuran Bakı təmsilçisi 70-ci dəqiqədə fərqi ikiyə çatdırıb. Əvəzetmədən meydana daxil olan Ksander Severinanın sağ cinahdan ötürməsini Coi-Lans Mikels torla qovuşduraraq matçın yekun nöqtəsini qoyub – 0:2.

Növbəti mərhələyə yüksələn “Sabah” Çempionlar Liqasının III təsnifat mərhələsində “Lex” (Polşa)  – “Orhus” (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək (bu komandaların ilk görüşündə Polşa təmsilçisi səfərdə 4:1 hesablı inamlı qələbə qazanıb). Çempionlar Liqası ilə vidalaşan “KuPS” isə yoluna UEFA Avropa Liqasının III təsnifat mərhələsində davam edəcək. Finlandiya klubunun bu turnirdəki rəqibi “Levski” (Bolqarıstan) – “Universitatya Krayova” (Rumıniya) cütlüyünün məğlubu olacaq (bu cütlüyün ilk matçında bolqarlar 1:0 hesabı ilə üstün olublar).

KuPS (Finlandiya) – “SABAH” (Azərbaycan) 0:2

Qollar: Velko Simiç, 53 (0:1), Coi-Lans Mikels, 70 (0:2)

İlk oyun: 0:1

Məkan: Kuopio, “Vyare Arena”

Baş hakim: Qal Leybovits (İsrail

KuPS: Yohannes Kraydl, Braima Maqassa, Kasim Nuhu, Akseli Puukko (Saku Savolaynen, 81), Klinton Antvi (Saku Heyskanen, 74), Valentin Qask (Petr Pajışek, 58), Petteri Pennanen (k), Tommi Yuryu (Niylo Kuyasalo, 74), Bob Armah (Coslin Luyeye-Lutumba, 58), Sayku Turay, Xayme Moreno.

“Sabah”: Stas Pokatilov (k), Stiv Solve, Rəhman Daşdəmirov, Akim Zedadka (Tellur Mütəllimov, 78), Timoteuş Puxaç, İvan Lepinitsa, Umarali Rəhmonaliyev (Abdulla Xaybulayev, 78), Aleksey İsayev (Rodriqo Fernandeş, 78), Kahim Pərris (Ksander Severina, 61), Velko Simiç, Coi-Lans Mikels (Orfe Mbina, 87).

Sarı vərəqələr: Rəhmonaliyev, 60 – Pennanen, 62. Turay, 72. Maqassa, 89.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46