UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək “Sabah” – “Orhus” (Danimarka) oyunu üçün bilet satışı sürətlə davam edir.
Səfərdəki ilk matçda 1:2 hesabı ilə məğlub olan təmsilçimizin cavab oyununa azarkeşlərin marağı kifayət qədər böyükdür. Hazırda 8 700 tamaşaçı tutumuna malik “Bank Respublika Arena” üçün artıq 6 500 bilet satılıb.
Görüşün başlanmasına qədər qalan biletlərin də tamamilə satılacağı gözlənilir. Bu baş verəcəyi təqdirdə, Masazır təmsilçisi cari mövsümdə ilk dəfə dolu tribunalar önündə çıxış edəcək.
“Sabah” – “Orhus” qarşılaşması avqustun 11-də “Bank Respublika Arena”da keçiriləcək və saat 20:00-da start götürəcək.