Səndə o qədər pul var, sən kökəlməyib mən kökələcəkdim?”

05.01.26 | 15:24
Dünya futbolu

Fatih Tekkedən Okan Buruka şok ittiham

Türkiyə Superkuboku matçı öncəsi “Qalatasaray”ın baş məşqçisi Okan Buruk ilə “Trabzonspor”un sükanı arxasında olan Fatih Tekke arasında keçən zarafatyana dialoq sosial medianın gündəminə çevrilib. Məşqçilərin çəki barədə bir-birinə atdıqları replikalar gərgin oyun öncəsi hər kəsin üzündə təbəssüm yaradıb.

“10 kiloqram arıqlamışam”

Görüş zamanı ilk olaraq “Trabzonspor”un məşqçisi Fatih Tekke sözə başlayaraq məşqçilik peşəsinin çətinliyindən gileylənib. O, stresdən xeyli çəki itirdiyini bildirərək deyib: “Məşqçilik çox ağır işdir. Mən artıq 10 kiloqram arıqlamışam”.

Okan Burukdan səmimi etiraf

Fatih Tekkenin bu sözlərinə Okan Burukdan gözlənilməz və səmimi cavab gəlib. “Qalatasaray”ın çalışdırıcısı gülərək “mən isə əksinə, çəki almışam, müəllim” deyib.

Dialoqun ən maraqlı hissəsi: “Bəs mən kökəlim?”

Söhbətin ən çox müzakirə olunan və sosial mediada “trend”ə çevrilən hissəsi isə Tekkenin cavabı olub. Fatih Tekke həmkarına zarafatla belə səslənib: “Sən o qədər pul və heyətdəki ulduz futbolçularla necə çəki almayasan? Sən kökəlməyib mən kökələcəkdim?”

Azarkeşlərin reaksiyasıİki təcrübəli mütəxəssis arasındakı bu səmimi dialoq futbolsevərlər tərəfindən müsbət qarşılanıb. Sosial media istifadəçiləri bu söhbəti “oyunöncəsi gərginliyi azaldan şirin atışma” kimi qiymətləndiriblər.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46