Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirilən mövsümün son matçından sonra mətbuatın suallarını cavablandırıb.

Gərgin keçən və 2:3 hesablı məğlubiyyətlə başa çatan qarşılaşmanı şərh edən mütəxəssis, komandasının motivasiya çətinliklərinə baxmayaraq, əzmkarlıq nümayiş etdirdiyini vurğulayıb: “Mövsümün son matçına çıxırdıq və turnir cədvəli baxımından bizim üçün heç bir hədəf qalmamışdı. Belə vəziyyətdə oyuna köklənmək həmişə çətindir. Buna baxmayaraq, futbolçularım meydanda böyük fədakarlıq göstərdilər. Hər iki komanda qələbə üçün oynayırdı və heç-heçə daha ədalətli nəticə olardı. Təəssüf ki, bəzi epizodlarda çox sadə qollar buraxdıq. Artıq mövsüm arxada qaldı, indi gələcəyə fokuslanmalıyıq. Futbolçularıma, azarkeşlərimizə və klub rəhbərliyinə dəstəklərinə görə təşəkkür edirəm. Mövsüm ərzində üç cəbhədə mübarizə apardıq, amma sonda uğur üçün bir az çatışmazlıq oldu”.

Mövsümün yekunlarını dəyərləndirən Rəşad Sadıqov, avrokuboklarda iştirak edəcək digər klublarımıza uğurlar arzulayıb: “Bütün mükafatçıları təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalarımıza uğurlar arzulayıram. Ümid edirəm və gözləyirəm ki, bu mövsüm ən azı üç klubumuz avrokubokların pley-off mərhələsinə qədər irəliləyəcək. Onların hamısı bunu haqq edir”.

Baş məşqçi, ölkə futbolundakı bəzi problemlərə də toxunaraq, meydanların keyfiyyəti və stadionsuzluq probleminin oyunların səviyyəsinə təsir etdiyini qeyd edib: “Futbolumuzdakı meydanların durumu və klubların tez-tez stadion dəyişməsi məni çox narahat edir. Bu barədə daha ətraflı danışmaq istərdim, lakin mövsümü məğlubiyyətlə tamamladığımız üçün fikirlərim yanlış anlaşıla bilər”.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11