Rui Jorje: “Bura keçmişi müzakirə etməyə deyil, gələcəyi qurmağa gəlmişəm”

25.04.26 | 13:56
Ölkə futbolu

Ölkəmizin gənclərdən ibarət (U-20) millisinin baş məşqçisi Rui Jorje Qəbələ təlim-məşq toplanışının yekunlarına dair mətbuat nümayəndələri üçün brifinq keçirib. Portuqaliyalı mütəxəssis hazırlıq prosesi, komandanın gələcək planları və qarşıya qoyulan hədəflər barədə danışıb.

Hazırlıq prosesini yüksək qiymətləndirən baş məşqçi, əsas diqqəti futbolçuları yaxından tanımağa ayırdıqlarını bildirib: “Hazırlıq plan üzrə davam edirÇox keyfiyyətli məşqlər keçdik və futbolçuların tapşırıqlara yanaşmasından razıyam. İki həftəlik toplanış müddətində əsas məqsədim yetirmələrimlə yaxından tanış olmaq idi. Məhz bu səbəbdən yoldaşlıq oyunlarına ehtiyac duymadıq. İstəyimiz oyun fəlsəfəmizi və tələblərimizi komandaya tam aşılamaqdır”.

Komandanın oyun üslubu barədə sualları cavablandıran Jorje, azarkeşlərin daha aktiv futbol görəcəyinə işarə vurub: “Taktiki sxem barədə konkret danışmaq hələ tez olsa da, əsas hədəfimiz hücum futbolu sərgiləməkdir. Bu istiqamətdə işləyirik. Təbii ki, bunun üçün yüksək keyfiyyət və daha çox məşq tələb olunur. Futbolçuların öyrənməyə olan həvəsi və inkişaf istəyi məni gələcəyə nikbin baxmağa vadar edir”.

Azərbaycanın ev sahibliyi edəcəyi Dünya Çempionatı barədə danışan mütəxəssis, məsuliyyətin fərqində olduqlarını vurğulayıb: “Biz turnirə ev sahibi statusu ilə qatılacağıqBu, seçmə mərhələ oyunlarından tamamilə fərqli bir atmosfer və təzyiq deməkdir. Rəqiblərimizlə aradakı səviyyə fərqini minimuma endirmək üçün dayanmadan çalışmalıyıq. Mən bura keçmişi müzakirə etməyə deyil, gələcəyi qurmağa gəlmişəm. İnanıram ki, biz bütün ölkənin qürur duyacağı bir kollektiv formalaşdıra biləcəyik”.

Baş məşqçi sonda yaradılan şəraitə görə təşəkkürünü bildirib: “Qəbələdə bizi çox yüksək səviyyədə qarşıladılar. Həm infrastruktur, həm də insanların qonaqpərvərliyi mükəmməldir. Bizə dəstək olan hər kəsə minnətdaram”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28