Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldunun milinın düşərgəsini qəfil tərk etməsi anası Dolores Aveyronu göz yaşlarına boğub.
O, Portuqaliya televiziyasına açıqlamasında oğlunun Millətlər Liqası oyunları öncəsi komandadan ayrılmasının onda şok yaratdığını bildirib. Buna Ronaldunun millinin baş məşqçisi Jorje Jezuşla yaşadığı fikir ayrılığının səbəb olub.
“Bağışlayın, bu, normaldır. Bu, mənim üçün şok idi. Oğlum əsas qapıdan çıxa bilərdi, amma yan qapıdan getdi. Bununla belə, narahat deyiləm, hər şeyi Allahın öhdəsinə buraxıram”, – deyə Aveyro TV7 Dias telekanalına bildirib.
Ronaldunun anası oğlunun Portuqaliya futbolunda layiq olduğu qədər qiymətləndirilmədiyini də vurğulayıb: “O, həmişə Portuqaliyanın qəhrəmanı olub. Onu layiq olduğu qədər yüksək qiymətləndirmirlər”.