Rayan Giqqzin süqutu: Xəyanət, zorakılıq və müflisləşmə

06.05.26 | 16:35
Dünya futbolu

Futbol dünyasının “nümunəvi ailə başçısı” və “sadiq əfsanəsi” obrazı illərdir davam edən xəyanət, zorakılıq və maliyyə uğursuzluqları ilə darmadağın olub.

Uels futbolunun canlı əfsanəsi, “Mançester Yunayted”in simvolu Rayan Giqqzin illərlə gizli qalan qaranlıq tərəfləri gün işığına çıxdıqca, onun “parlaq” karyerası kölgədə qalır. Bir zamanlar gənc nəsillər üçün təvazökarlıq nümunəsi olan Giqqz, bu gün ailəsinin belə üz çevirdiyi bir fiqura çevrilib.

Giqqz futbol tarixinə inanılmaz nailiyyətlərlə adını yazdırıb. “Mançester Yunayted” forması ilə 600-dən çox oyuna çıxan və klub səviyyəsində qazanılması mümkün olan bütün titullara sahib çıxan yarımmüdafiəçi, Britaniya İmperiyası Ordeni ilə də təltif edilmişdi. Lakin onun bu möhtəşəm uğurları şəxsi həyatındakı sarsıdıcı hadisələrin qarşısını ala bilmədi.

Onun “qüsursuz” reputasiyasına ilk böyük zərbə 2011-ci ildə dəydi. Məlum oldu ki, Giqqz düz 8 il boyunca öz qardaşının həyat yoldaşı ilə gizli münasibət yaşayıb. Bu hadisə təkcə pərəstişkarlarını deyil, bütün ailəsini şoka saldı. Həm öz xanımına, həm də qardaşına xəyanət edən futbolçudan ailəsi o gündən üz döndərdi. Atası və yaxınları bu hərəkətinə görə ondan hələ də dərin utanc hissi duyduqlarını gizlətmirlər.

2016-cı ildə Uels millisini Avropa Çempionatının yarımfinalına daşıyarkən reputasiyasını bərpa etdiyini düşünənlər yanılırdılar. Çox keçmədən keçmiş tərəfdaşı Giqqzi məişət zorakılığında ittiham etdi. İddialara görə, qadın onun telefonunda başqa qadınlarla yazışmalarını aşkar etdikdən sonra münaqişə yaranıb.

Hadisə zamanı Giqqzin həm tərəfdaşına, həm də onun bacısına qarşı fiziki güc tətbiq etdiyi, hətta cinsi zorakılığa yol verdiyi iddia olunurdu. 2022-ci ildə başlayan səs-küylü məhkəmə prosesi 2023-cü ilin iyulunda “sübut çatışmazlığı” səbəbindən bəraətlə başa çatsa da, ictimaiyyətin gözündə Giqqz artıq köhnə hörmətini itirmişdi.

Şəxsi həyatındakı fırtınalardan sonra Giqqz indi də iqtisadi problemlərlə üz-üzədir. Hazırda 38 yaşlı model Zara Çarlz ilə birlikdə yaşayan və mediadan uzaq qalmağa çalışan əfsanəvi futbolçunun biznesi iflas edib.

Meydanlardakı uğurlarını biznesdə təkrarlaya bilmədi. Uelsli ulduzun restoranı batdıqdan sonra məlum olub ki, onun itkiləri 100 min funta yaxınlaşır, şirkətin yığılıb qalmış borcları isə yarım milyon funtu keçərək əfsanəvi futbolçunu çətin vəziyyətə salıb.

Görünən odur ki, Rayan Giqqz üçün “yaşıl meydanlardakı qələbələr” erası çoxdan bitib, indi isə o, həm itirilmiş etimadın, həm də uğursuz biznesin ağır nəticələri ilə mübarizə aparır.

Paylaş:

Xəbər Lenti

Naqelsmannın mundial öncəsi qərarı Almaniyanı ikiyə böldü

18.05.26 | 00:31

Joze Mourinyo gələcəyi ilə bağlı nöqtəni qoydu

18.05.26 | 00:36

Ronaldo Çempionlar Liqasının finalında uduzdu

18.05.26 | 00:46

“Sumqayıt”ın məşqçisindən iddialı bəyanat: “Son matçda hədəf “Qarabağ”ı büdrətməkdir”

17.05.26 | 22:00

Emreli meydana girdi və dərhal “fərqləndi”

17.05.26 | 21:01

Vernidubdan avrokubok bəyanatı: “İstəmirəm bir tur oynayıb, məğlub olub qayıdaq!”

17.05.26 | 21:38

Sərbəst güləşçilərimiz Avropa birinciliyini 15 medalla başa vurdu

17.05.26 | 21:48

Dambrauskas: “Məğlub olsaq da, bu gün çempionluğumuzu qeyd edirik!”

17.05.26 | 21:55

Rəşad Sadıqov: “Sabah”ın heyətini görəndə bir az məyus oldum”

17.05.26 | 21:32

“Neftçi” Konfrans Liqasına vəsiqəni təmin etdi

17.05.26 | 21:33

Ülviyyə Fətəliyeva Avropa çempionatının favoritləri sırasındadır

17.05.26 | 15:41

“Sabah”ın sükan arxasına serbiyalı mütəxəssis keçir

17.05.26 | 15:38

Tağızadədə həm qapını qorudu, həm də 2 assist etdi

17.05.26 | 15:50

Şəhriyar Məmmədyarov üçün böyük sınaq

17.05.26 | 15:45

Şotlandiyada 41 illik hegemonluq yenə qaldı

16.05.26 | 23:46

Avropa kubokunda möhtəşəm start

16.05.26 | 23:27

Vinisius şəxsi həyatında məğlub oldu

16.05.26 | 23:19

“Qarabağ” Kiprdə parlayan qolçunu almağa yaxındır 

16.05.26 | 23:10

Qurban Qurbanov: “Futbolçular Azərbaycana gəlmək istəmir”

16.05.26 | 21:16

“Liverpul”da böhran: Salahdan Arne Slota ağır ittihamlar və ÇL həyəcanı

16.05.26 | 21:07