Rauf Hüseynli Andradenin rekorduna şərik çıxdı

05.05.26 | 13:54
Ölkə futbolu

Gəncənin “Kəpəz” klubunun müdafiəçisi Rauf Hüseynli Premyer Liqanın 30-cu turunda “Sumqayıt”la keçirilən qarşılaşmada (2:1) dubl edərək mövsümün statistik göstəricilərində yeniliyə imza atıb.

PFL-in rəsmi məlumatına görə, Rauf Hüseynli cari mövsümdə 3 dəqiqə ərzində iki qol vuran ikinci futbolçu olub. Matçın 86 və 89-cu dəqiqələrində rəqib qapısına yol tapan müdafiəçi, bu göstərici ilə “Qarabağ”ın vingeri Leandro Andradeyə çatıb. Xatırladaq ki, Andrade martın 8-də “Araz-Naxçıvan”la görüşdə (33 və 36-cı dəqiqələr) analoji uğura imza atmışdı. Lakin Andradenin qollarından fərqli olaraq, Rauf hər iki topu penalti nöqtəsindən tora göndərib.

Bundan başqa, Rauf Hüseynli cari mövsümdə bir qarşılaşmada iki penaltini qola çevirən 4-cü futbolçu olub. Ona qədər isə cari mövsümdə analoji uğuru Aleksandr Ramalinqom (“Sumqayıt”), Coy-Lans Mikkels (“Sabah”) və Toral Bayramov (“Qarabağ”) reallaşdırmışdılar.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16