Ramosun qolu Portuqaliyada “start heyəti” müzakirələrini alovlandırdı

03.07.26 | 23:40
Dünya futbolu

Dramatik keçən Xorvatiya matçından (2:1) sonra Portuqaliya mətbuatı baş məşqçi Roberto Martinesin taktiki gedişlərini və Qonsalo Ramosun komandadakı rolunu müzakirə edir. “Radio Renascenca” qeyd edir ki, Torontoda baş tutan qarşılaşmanın ikinci hissəsində nümayiş olunan baxımlı oyun Ramosun qolu ilə məntiqi sonluğuna çatdı. Martinesin 63-cü dəqiqədə eyni anda etdiyi dörd əvəzləmə və matçın axarını dəyişməsi mətbuat tərəfindən “taktiki gediş” kimi qiymətləndirilib.

“A Bola” və “Record” qəzetləri isə Ramosun ətrafındakı köhnə debata toxunub. Ekspertlər və azarkeşlər hücumçunun start heyətində yer almalı olduğunu müdafiə edirlər. “Record” nəşri mövzuya qısa və konkret münasibət bildirib: “Matçın sonunda qola ehtiyacımız varsa, Qonsalo Ramosa arxalana bilərik”.

Portuqaliya mediası qələbədə VAR sisteminin rolunu da xüsusi vurğulayır. Matçın sonuna əlavə olunmuş dəqiqələrdə xorvatların vurduğu qolun VAR tərəfindən ləğv edilməsi Portuqaliyanın növbəti mərhələ şanslarını qorudu.1/8 finalda Portuqaliyanı çətin İspaniya sınağı gözləyir. Son Avropa çempionu İspaniya qrupdakı uğursuz startdan sonra sürət yığıblar və son oyunda Avstriyanı rahatlıqla (3:0) məğlub ediblər. “Radio Renascenca” xəbərdarlıq edir: “Qonşularımız İspaniya növbəti mərhələyə adlayarkən bizim Xorvatiya matçında xərclədiyimiz qədər enerji və emosiya itirməyib. Bizi çox çətin oyun gözləyir”.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46