Rəşad Sadıqovdan Verniduba cavab: “Zirə”nin illərlə çəkdiyi əziyyətdən xəbəri yoxdur”

30.08.26 | 23:11
Ölkə futbolu

Premyer Liqanın III turunun mərkəzi qarşılaşmasında “Zirə” doğma azarkeşləri önündə “Neftçi”ni minimal hesabla üstələyərək prinsipial matçdan vacib 3 xalla ayrılıb. Qələbədən sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında oyunun təhlilini aparıb, həmkarı Yuri Vernidubun iddialarına cavab verib və gündəmdəki digər vacib mövzulara toxunub.

Gərgin keçən matç barədə fikirlərini bölüşən Sadıqov komandasının mübarizəsindən razı qaldığını bildirib: “Olduqca maraqlı və dinamik bir oyun izlədik. İlk dəqiqələrdən meydanda aqressiv mübarizə və taktiki döyüş gedirdi. İkinci hissədə müdafiəyə çəkilmədən daha sürətli oynamağa çalışdıq. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları dəqiqliklə yerinə yetirdilər. Çox güclü rəqibə qarşı oynayırdıq, ‘Neftçi’nin gücü həm avrokuboklarda, həm də son turlarda bəlli idi. Bu gün yetirmələrimin əzmkarlığı ilə fəxr etdim. Son dəqiqələrdə üzərimizdə təzyiq yaratsalar da, vacib 3 xalı qazandıq”.

“Neftçi”nin baş məşqçisi Yuri Vernidubun “hakimlər ‘Zirə’ni sevir” iddialarına münasibət bildirən Sadıqov həmkarına olan hörmətini vurğulayaraq məsələyə aydınlıq gətirib: “Yuri Verniduba bir mütəxəssis kimi böyük rəğbətim var və sevinirəm ki, ölkəmizdə belə məşqçi çalışır. Lakin o, 5-6 aydır buradadır və ‘Zirə’nin illərlə hakim səhvlərindən nə qədər əziyyət çəkdiyini bilmir. Oyunlarımızda ciddi hakim xətası olduğunu düşünmürəm. Ola bilsin emosional andır və yaddaşında o epizod qalıb. Mənim ona qarşı hisslərim dəyişməz olaraq qalır”.

Sadıqov matçın final fitindən sonra ukraynalı mütəxəssisin birbaşa soyunub-geyinmə otağına getməsinə də toxunub: “Matçdan sonra yaxınlaşıb sağollaşmaq istədim, amma o birbaşa gedirdi. Sonradan bildirdi ki, məğlubiyyətə görə çox məyus olduğu üçün belə davranıb”.

Braziliyalı vinger Junior Martinsin “Torpedo”ya transferinə aydınlıq gətirən baş məşqçi, bu addımın maliyyə və futbolçu istəyi baxımından atıldığını qeyd edib: Junioru satmaq planlarımızda yox idi. Lakin o, özü mənimlə uzunuzadı danışıda çox yaxşı təklif aldığını bildirdi. Rəhbərlik də maliyyə baxımından sərfəli olan bu transferin qarşısını almaq istəmədi. Kluba gələn futbolçu bilməlidir ki, buradan daha böyük addım atmaq mümkündür. Heyəti gücləndirmək üçün seleksiya işlərimiz davam edir. Şifahi olaraq iki futbolçu ilə anlaşmışıq, rəsmi müqavilə bağlandıqdan sonra adlarını açıqlayacağıq”. Konfransın sonunda “Qarabağ”ın avrokuboklardakı uğursuzluğundan sonra Qurban Qurbanovun tənqid olunmasına sərt reaksiya verən mütəxəssis həmkarlarına dəstək nümayiş etdirib: “Ttənqidləri səsləndirən insanlara görə həqiqətən təəssüf edirəm. Həqiqətənmi bu təfəkkürdəyik? ‘Qarabağ’ əlindən gələni etdi. Rəqiblər çox ciddi idi, zədələr də öz sözünü dedi. Qurban müəllimin 12 il ərzində bura qədər gəlməsi və qazandığı nəticələr fantastik göstəricidir. Bir oyun məğlubiyyətinə görə bu cür yanaşmaq doğru deyil. Əminəm ki, Qurban müəllim bu sınaqdan daha da güclü dönəcək”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28