Azərbaycanlı cüdo məşqçisi Rəşad Həsənov Bakıda keçirilən dünya çempionatında Zəlim Kotsoyevin (100 kq) 1/8 final mərhələsində məğlubiyyətini şərh edib.
Mütəxəssis hesab edir ki, idmançımızın görüşündə hakimlər ədalətsiz qərar veriblər. “Birmənalı şəkildə deyirəm: Zəlimi haqsız yerə məğlub etdilər. Orada heç bir xal yox idi. Tatamidə bəzən klassik cüdodan çox, sərbəst güləş elementlərinin şahidi oluruq. Rəqibin arxasına keçən idmançılara «yuko» veriləndə təəccüblənməyəcəyik.
Fəndlərin qiymətləndirilməsi ilə bağlı qaydaların tez-tez dəyişməsi məşqçilər və idmançılar üçün ciddi problem yaradır. Hakimlərin üzərinə düşən məsuliyyəti anlayıram. Ancaq dünya çempionatında hamıya münasibətdə aydın və birmənalı qərarlar verilməlidir.
Mübahisəli hakim qərarları təkcə Zəlimin deyil, Hidayət Heydərovun, Vüsal Qalandarzadənin və Zəlim Tçkayevin görüşlərində də oldu.
Bütün bunlara baxmayaraq, nəticələrimiz çox yaxşıdır. Bir dünya çempionatında beş medal qazanmaq ölkə tarixində rekorddur. Bununla belə, düşünürəm ki, bir deyil, iki qızıl medal qazana bilərdik”, – deyə Həsənov bildirib.