Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20
Ölkə futbolu

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə məğlubiyyətdən sonra həm komandasının oyununu dəyərləndirib, həm də rəqibin çalışdırıcısı Yuri Vernidubla arasında yaşanan gərginliyə aydınlıq gətirib. Təcrübəli mütəxəssis “qartallar”ın ikinci hissədə daha yaxşı çıxış etdiyini vurğulayıb, eyni zamanda Vernidubun bəzi davranış və açıqlamalarına münasibətini sərt ifadə edib.

“Neftçi”yə 0:1 hesabı ilə uduzan “Zirə”nin baş məşqçisi görüşün onlar üçün uğursuz başladığını bildirib. Sadıqovun sözlərinə görə, komanda qarşılaşmaya rəqibin pressinq edəcəyini nəzərə alaraq hazırlaşsa da, erkən qol planları çətinləşdirib: “Matça yaxşı başlamadıq. Bütün həftə ərzində rəqibin pressinq tətbiq edəcəyini nəzərə almışdıq. Futbolçulara sadə oynamağı və risk etməməyi tapşırmışdıq. İlk 15-20 dəqiqədə ərazi üstünlüyünə malik olsaq da, təhlükəli qol epizodları yarada bilmədik. Rəqib müdafiəyə çəkilmişdi. Fasilədən sonra isə oyunun tempini artırdıq. Futbolçularımın çıxışından razı qaldım. Çempionatın favoritlərindən biri ilə səfərdə oynayırdıq və “Neftçi”nin gücünü yaxşı bilirik. Eyni qaydada davam etsək, zədəlilər də heyətə qayıtsa, daha güclü olacağıq”.

Sadıqov Dmitri Leqbonun mövqeyinin dəyişdirilməsinə də münasibət bildirib. O, komandanın cinah hücumçularına ehtiyac duyduğunu, bu səbəbdən heyətdəki futbolçuların imkanlarına uyğun rotasiyaya əl atdıqlarını deyib: “Hazırda cinah hücumçusu çatışmazlığımız var. Bu mövqedə əsasən Eren Aydından istifadə edirik. Kris Diqbe və Dəmin Smit isə baxışdan sonra komandaya qoşulan, gələcək üçün nəzərdə tutduğumuz perspektivli futbolçulardır. Amin Seydiyev və Qismət Əliyev cinah müdafiəçiləridir. Leqbo ilə Aydını isə hücumun cinahlarında oynatmağı planlaşdırırıq. Dmitri hücumda yaxşı təsir bağışladı. Finlandiyada çıxış edərkən çoxlu məhsuldar ötürmə verib, 14-15 qol da vurmuşdu. İkinci hissəni çox yaxşı keçirdik. Ancaq belə oyunlarda qalib gəlmək üçün hücum xəttində nəticəni həll edə bilən futbolçulara ehtiyac var”.

Görüşdən sonra Sadıqovla “Neftçi”nin baş məşqçisi Yuri Vernidub arasında yaşanan gərginlik də diqqətdən yayınmayıb. “Zirə”nin çalışdırıcısı ukraynalı mütəxəssisin ona qarşı artıq sözlər işlətdiyini bildirib və susmasının səbəbini “Neftçi” klubuna hörmətlə əlaqələndirib: “Barmaqla hədələmə məsələsini xatırlamıram. Ona dedim ki, artıq-əskik danışığa yol verir. Hazırda “Neftçi”də işləyirsiniz və bu kluba hörmətimə görə bəzi sözlərə cavab vermirəm. Amma susmağımı sözümün olmaması kimi başa düşməsin. Ötən oyunda da artıq danışmışdı. Bəzi açıqlamaları və ifadələri ona yaraşdırmıram. Fasilədə də yanımdan keçərkən çox danışdı. Mənə aid olmadığını deyə bilərdi, amma cəmi iki metr aralımdan keçirdi. Ona bildirdim ki, susmağımın səbəbi var: “Neftçi”də çalışırsınız və bu klubda işləyən hər kəsə hörmətlə yanaşırıq”. Sadıqov matçın sonlarında yaranan gərginliyə də toxunub. O, “Neftçi” futbolçularının ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq istəyini təbii qarşıladığını, lakin meydanda rəqib tərəfindən hörmətsizlik görmədiyini söyləyib: “Xüsusi aqressiv davranış hiss etmədim. Biz də futbolçu olmuşuq. Məğlub etdiyin komanda ilə yenidən qarşılaşanda qələbə qazanmaq istəyirsən. Bilirdik ki, “Neftçi” bu gün qalib gəlsə, təqvimə əsasən qış fasiləsinə qədər çox vacib üstünlük əldə edə bilər. Hətta fasiləyə lider kimi yollanmaq şansı var. Bununla belə, rəqib futbolçuların davranışında hörmətsizlik görmədim”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46