Qurban Qurbanovdan sərt xəbərdarlıq: “Klubun adı “Qarabağ”dırsa, heç kimə güzəşt olmayacaq!”

19.04.26 | 00:39
Ölkə futbolu

Premyer Liqanın XXVIII turunda öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis həm məğlubiyyətin səbəblərini analiz edib, həm də komandadaxili cəzalar, o cümlədən bəzi futbolçuların əvəzedici heyətə göndərilməsi məsələsinə aydınlıq gətirib.

İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edən Qurbanov, komandasının oyun keyfiyyətindən narazı qaldığını gizlətməyib: “Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm, stadionda əla futbol atmosferi var idi. Əvvəlki oyunlarımız daha bolqollu keçmişdi. Bu gün də yaxşı mübarizə oldu, lakin sonluqlar çatmadı. Biz daha yaxşı oynamalıydıq. “Sabah” bu gün qalibiyyəti tam haqq etdi, onlar kompleks olaraq daha hazırlıqlı idilər”.

Mütəxəssis son dövrlərdəki xal itkilərini həm də psixoloji və fiziki yorğunluqla əlaqələndirib. O, Çempionlar Liqasındakı ağır qrafikin komandaya təsir etdiyini vurğulayıb: “Aylardır hər 3-4 gündən bir oyuna çıxırıq. ÇL-dəki yaxşı nəticələrdən sonra yenidən çempionata tam toparlana bilmədik, öz tempimizi qaytarmaqda çətinlik çəkirik. Sanki komandanın fikri hələ də avrokuboklara köklənib. Lakin biz ÇL-dəki uğurları düşünərək, daxili çempionatı belə “yola verməli” deyilik. Bu günkü oyundan qətiyyən razı qalmadım”.

Meydanda bəzi futbolçuların (Kadi, Zubir, Medina) tez-tez sürüşməsi ilə bağlı suala isə baş məşqçi zarafatla reaksiya verib: “Onlara sürüşməyi mən tapşırmamışdım (gülür). Görünür, meydançanın o hissəsi sürüşkən idi, lakin ayaq üstə daha möhkəm dayanmaq lazımdır”.

Mətbuat konfransının ən çox diqqət çəkən məqamlarından biri Elvin Cəfərquliyev, Abbas Hüseynov və Sami Mmaenin əvəzedici heyətə göndərilməsi ilə bağlı verilən qərar oldu. Qurban Qurbanov xüsusilə Elvin Cəfərquliyevin cəzalandırılmasına geniş toxunub:

“Digər klublar məni düzgün başa düşsün, bəlkə başqa yerdə nəyəsə göz yummaq olar. Amma klubun adı “Qarabağ”dırsa, intizamsızlığa göz yuma bilmərik. Hər zaman futbolçularımın arxasındayam və onların gələcəyini düşünürəm. Lakin bir neçə oyun yaxşı çıxış etmək və ya ÇL-də turun oyunçusu seçilmək missiyanın tamamlandığı anlamına gəlmir. Vacib matçlarda intizamsızlıq etmək yolverilməzdir. Biz bu günə qədər çox futbolçunu bağışlamışıq. Elvinin bağışlanmasına gəldikdə isə, proses hələ davam edir”.

Baş məşqçi həmçinin icarə əsasında çıxış edən Sami Mmaenin durumu barədə də məlumat verib. O, müdafiəçi ilə qarşılıqlı razılıq əldə olunduğunu və futbolçunun əvəzedici heyətdə məşq etmək məcburiyyətindən azad edildiyini bildirib. Mmae Zaqreb “Dinamo”suna qayıdana qədər tərəflərin bir-birinə qarşı hər hansı iddiası olmayacaq.

Aprelin 22-də Azərbaycan Kubokunun yarımfinal cavab matçı çərçivəsində yenidən “Sabah”la üz-üzə gələcək “Qarabağ”ın çalışdırıcısı heyətdə dəyişikliklərin qaçılmaz olduğunu qeyd edib: “Çox hazırlıqlı bir komandaya qarşı oynayacağıq. Heyətdə mütləq bəzi dəyişikliklər edəcəyik və sona qədər mübarizə aparacağıq”.Son olaraq Qurbanov sosial şəbəkələrdəki azarkeş etirazlarına da münasibət bildirib: “Mənə hər hansı neqativ fikir gəlib çatmayıb. Bizim azarkeşlərimiz böyük təcrübəyə sahibdirlər. Bilirlər ki, uzunmüddətli uğurlardan sonra bəzən belə enişlər və dəyişikliklər ola bilər. Əgər etiraz varsa da, bu normaldır. Daim bizim yanımızda olan azarkeşlərimiz var və biz onlara minnətdarıq”.

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevllə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13