Qurban Qurbanov sükutu pozdu: “Abbas Hüseynova hər şey deyilib, bu mövzu bağlanıb”

14.09.26 | 00:08
Ölkə futbolu

Premyer Liqanın V turunda “Zirə” ilə səfər matçında (1:1) heç-heçə oynayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında medianın suallarını cavablandırıb.

Təcrübəli mütəxəssis oyunun gedişatını, komandaya yeni qoşulan futbolçuların performansını dəyərləndirib və heyətdən kənarlaşdırılan Abbas Hüseynovun gələcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Qurban Qurbanov qarşılaşmanın yüksək tempdə keçdiyini və qeydə alınan heç-heçənin hər iki komandanın oyununa uyğun ədalətli nəticə olduğunu bildirib: “Ümumilikdə son dəqiqəyə qədər gərginliyi ilə seçilən, çox maraqlı bir matç izlədik. Meydanda keyfiyyətli və dinamik hücumlar gördük. Hər iki komanda ən azı bir xala layiq idi, zənimcə, heç-heçə ən ədalətli nəticə oldu. Bizə gəldikdə isə, hər matçdan-matça daha inamlı təsir bağışlayırıq və sahədə istədiyimiz müsbət elementləri daha çox görürəm. Oyun kombinasiyalarımız günbəgün cilalanır. Aktivimizə bir xal yazdıq, indi qarşıdakı oyunlara hazırlaşacağıq”.

Təcrübəli çalışdırıcı “Zirə” ilə matçda debüt edən yeni transferlərin fiziki durumuna da toxunub: “Yenilərin çıxışını normal qiymətləndirirəm. Onlar hələ ki, öz optimal formalarından uzaqdırlar. Buna baxmayaraq, az oynayan və ya komandaya yeni qoşulan futbolçulara şans veririk ki, kollektivdəki ab-havanı və oyun dinamikasını daha yaxşı hiss etsinlər. Onların hazırda tam hazır olmadıqlarını anlayırıq və adaptasiya prosesini sürətləndirmək istəyirik. Önümüzdə milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq. Düşünürəm ki, bu vaxtdan səmərəli istifadə edərək onları pik formaya çatdıra biləcəyik”.

Mətbuat konfransında müdafiəçi Abbas Hüseynovun əvəzedici heyətin matç ərizəsinə salınması və onun Elvin Cəfərquliyev kimi əsas komandaya qayıtma ehtimalı da gündəmə gətirilib. Qurban Qurbanov bu iddialara kəsərli cavab verərək mövzuya nöqtə qoyub: “Xeyr, belə bir ehtimal yoxdur. Futbolçunun özünə hər şey əvvəlcədən bildirilib. Bu mövzuda daha müzakirə olunacaq heç bir məqam qalmayıb”.

Paylaş:

Xəbər Lenti

Dambrauskas hakimləri tənqid etdi: “Qərarları başa düşmədim”

28.11.26 | 22:53

Maksimov: “Qələbələr qazanmaq üçün heyəti gücləndirməliyik”

28.11.26 | 22:16

“Sabah”dan inamlı qələbə, “Araz-Naxçıvan” isə yenə uduzdu

28.11.26 | 21:23

Messinin “İnter Mayami”si MLS-də titulunu qoruya bilmədi

28.11.26 | 21:56

UEFA FİFA-nı İnfantinoya dəstək üçün təzyiq iddialarını araşdırmağa çağırdı

28.11.26 | 21:43

Mourinyo: “Vinisiusun ehtiyatda qalması onun problemidir, mənim yox”

28.11.26 | 20:48

Azər Məmmədov: “Ən azı bir xala layiq idik”

28.11.26 | 20:06

Berdıyev: “Oyunçularımız xarakter göstərdi”

28.11.26 | 20:07

“Turan Tovuz”dan son dəqiqə qələbəsi:  Qərb derbisində dramatik sonluq

28.11.26 | 20:59

“Turan Tovuz” – “Kəpəz” derbisi, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edir

28.11.26 | 11:19

Hakim futbolçunu yumruqladı: Kubokun finalı qalmaqalla başa çatdı

28.11.26 | 11:40

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46