Qurban Berdiyev: “Bu gün bizim üçün yaxşı oyundansa, qələbə vacib idi”

07.09.26 | 00:25
Ölkə futbolu

Premyer Liqanın IV turunda “Sumqayıt”ı 2:1 hesabı ilə üstələyən “Turan-Tovuz”un baş məşqçisi Qurban Berdiyev oyundan sonra təşkil olunan mətbuat konfransında media mənsublarının suallarını cavablandırıb. Təcrübəli mütəxəssis gərgin keçən qarşılaşmanı şərh etməklə yanaşı, azarkeşlərin narazılığına və mübahisəli epizoda da aydınlıq gətirib.

Berdiyev ilk növbədə qazanılan 3 xalın psixoloji tərəfinə toxunub: “Gözlədiyimiz kimi, çox ağır oyun alındı. Bu gün bizim üçün gözəl oyundansa, nəticəqələbə daha vacib idi. Bu, sırf psixoloji baxımdan komandaya lazımdır. Fikrimcə, pis oynamadıq, lakin hələ də üzərində işləməli olduğumuz məqamlar var”.

Qələbəyə rəğmən azarkeşlərin oyundan narazı qalması və komandanın ümumi gedişatı ilə bağlı sualı cavablandıran mütəxəssis tələsməyin tərəfdarı olmadığını bildirib: “Çempionat uzun bir marafondur. İndidən hansısa yekun fikri səsləndirmək çox erkəndir. Mövsümün sonunda ümumi vəziyyətə baxıb dəyərləndirmə aparacağıq”.

“Turan-Tovuz”un çalışdırıcısı Alexandro Serranonun zərbəsindən sonra topun qapı xəttini keçib-keçməməsi ilə bağlı yaranan mübahisəli epizoda da toxunub: “Hakimlərin işinə müdaxilə etmək istəmirəm. Düzünü desəm, bu gün həmin epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda bu hiss var idi, amma bu dəfə topun xətti keçdiyini əminliklə deyə bilmərəm”.

Paylaş:

Xəbər Lenti

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13

Lionel Messidən sensasion sərmayə: O, İspaniya klubunu alır

09.09.26 | 01:27

Çempionlar Liqası başladı: “Aston Villa” səfərdə, AEK isə evdə qələbə qazandı

09.09.26 | 00:28