UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək. Avropanın ən nüfuzlu klub turnirində əsas mərhələyə vəsiqə qazanan son komandaların adına aydınlıq gələcək. Turnirin qrup mərhələsinin püşkatma mərasimi isə avqustun 27-si saat 20:00-da keçiriləcək.
“Sabah” səfərdə 1:2 hesabı ilə məğlub olduğu İsrailin “Hapoel” (Beer-Şeva) klubunu Bakıda qəbul edərək ümumi hesabdakı geriliyi aradan qaldırmağa çalışacaq. İlk görüşdə Avstriya LASK-ını 3:0 hesabı ilə darmadağın edən Şotlandiya klubu qrup mərhələsinə ən yaxın komandadır.
“Çele” Bratislavadakı 1:1 hesablı bərabərlikdən sonra “Slovan”ı Sloveniyada sınağa çəkəcək. Əvvəlki mərhələdə Polşa “Qurnik”ini (Zabje) mübarizədən kənarlaşdıran İstanbul “Fənərbaxça”sı isə doğma meydandakı 1:1-lik heç-heçədən sonra Fransada “Lion”un qonağı olacaq.
25 avqust
Çempionlar yolu
20:45 Sabah (Bakı) – Hapoel (Beer-Şeva)
ilk oyun: 1:2
23:00 LASK (Lints) – Seltik (Qlazqo)
ilk oyun: 0:3
Liqa yolu
23:00 Bude-Qlimt – Neymegen
ilk oyun: 3:1
26 avqust
Çempionlar yolu
23:00 AEK (Afina) – Levski (Sofiya)
ilk oyun: 0:0
23:00 Çele – Slovan (Bratislava)
ilk oyun: 1:1)
23:00 Vikinq (Stavanger) – Dinamo (Zaqreb)
ilk oyun: 2:2
Liqa yolu
23:00 Olimpik (Lion) – Fənərbaxça (İstanbul) ilk oyun: 1:1)