Qılıncoynadanlarımız fərdi turnirdə fərqlənə bilmədilər

19.06.26 | 23:19
Digər növlər

Fransanın Entoni şəhərində qılıncoynatma üzrə Avropa çempionatı davam edir. Nüfuzlu qitə birinciliyində yığmamız 9 idmançı ilə təmsil olunur.

Millinin heyətində qadın sablyaçıların yarışında Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynova mübarizə aparır. Kişi sablyaçıların turnirində ölkəmizi Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynli və Saleh Məmmədov təmsil edir. Kişilərin şpaqa yarışlarında isə qüvvəsini sınayan yeganə təmsilçimiz Vahab Fətullayevdir.

Qadın sablyaçılarımız arasında fərdi yarışlarda ən yaxşı nəticəyə Palina Kaspiaroviç imza atıb. O, turniri 23-cü pillədə başa vurub. Kişi sablyaçıların mübarizəsində isə Hüseynli 16-cı yeri tutaraq komandamızın ən uğurlu göstəricisinə nail olub. Şpaqaçımız Vahab Fətullayev isə yekun sıralamada 116-cı qərarlaşıb. Çempionat çərçivəsində bu gün qadınların komanda yarışlarına da yekun vurulub. Gərgin keçən mübarizənin yekununda qadın sablyaçılardan ibarət yığmamız Avropa çempionatını 8-ci yerdə tamamlayıb.

Sabah kişi qılıncoynadanlarımız da komanda yarışlarında mübarizəyə qoşulacaqlar.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46