UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Kiyev) cavab oyununun hakim təyinatları açıqlanıb.
UEFA-nın qərarına əsasən, avqustun 13-də Bakıda keçiriləcək qarşılaşmanı İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək.
VAR hakimi Piter Benks, AVAR isə Ceyms Bell olacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə avqustun 6-da Polşanın Lublin şəhərində baş tutacaq.