Türkiyədə yeni mövsümün hazırlığa start verən “Zirə” təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb. Rəşad Sadıqovun komandası qardaş ölkədəki üçüncü sınağında yerli “Fatih Karagümrük” klubu ilə qüvvəsini sınayıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci yarıda hücumlarını kəsərli edən “qartallar” matçın taleyini həll edən yeganə qola imza ata biliblər. Giorgi Papunaşvilinin dəqiq zərbəsi bakılılara minimal hesablı (1:0) qələbə qazandırıb.