“Qarabağ” “Zirə” səddini aşa bilmədi

13.09.26 | 23:00
Ölkə futbolu

Gərgin mübarizə şəraitində keçən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün 4-cü dəqiqəsində Bayere Lu “Zirə”ni önə keçirsə də, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv edilib.

İlk hissə qolsuz başa çatıb. “Zirə” ikinci yarıda hesabı açmağa nail olub. Meydan sahiblərinin hücum xəttində fəal oyunu ilə seçilən İssa Cibrilla 56-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib – 1:0. Bu, futbolçunun cari mövsümdə ikinci qolu olub.

“Qarabağ”ın cavabı gecikməyib. Aleksey Kaşuk 65-ci dəqiqədə dəqiq zərbə ilə hesabı bərabərləşdirib – 1:1. Ukraynalı yarımmüdafiəçi də mövsümdə ikinci qolunu vurub.

Qalan dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq, hesab dəyişməyib və tərəflər xalları bölüşüblər.

Beləliklə, “Qarabağ” çempionatda ilk dəfə xal itkisi ilə üzləşib. “Zirə” isə sonadək qələbə uğrunda mübarizə apararaq turnir cədvəlində vacib bir xal qazanıb.

 “Zirə” – “Qarabağ” – 1:1 (0:0)

Qollar: İssa Cibrilla, 56 (1:0), Aleksey Kaşuk, 65 (1:1).

“Zirə”: Hüseynəli Quliyev, Qismət Əliyev (k), Amin Seydiyev, Ruan Renato, Bayere Lue (Davit Volkov, 61), İssa Cibrilla (Ayxan Hüseynov, 81), Rikardo Martins, Vieyrinya (İsmaıl İbrahimli, 27), Anje Mutsinzi, Ktatau (Hacıağa Hacılı, 81), Mehdi Mişaxşa.

“Qarabağ”: Martin Zlomisliç, Musa Qurbanlı (Oleksiy Kaşçuk, 64), Marko Yankoviç (k) (Reda Hadra, 90), Mateus Silva (Diyeqo Rosa, 64), Bruno Lanqa, Coni Montyel (Samuel Lobatu, 73), Renaldo Sefas, Çebrail Makretskis, Cəli Muaddib (Taofik İsmahil, 64), Bence Varkonyi, Pedro Bikalyo.

Sarı vərəqələr: Mateus Silva, Bence Varkonyi.

Zirə İdman Kompleksinin stadionu (Bakı)

Turnir cədvəli

KomandaOQHMTX
1Neftçi540115-512
2Qarabağ43108-410
3Zirə53117-710
4Sabah43008-09
5Turan-Tovuz52215-48
6Kəpəz42023-66
7Şamaxı51316-56
8Qəbələ51132-44
9İmişli51135-84
10Şəfa41032-73
11Araz-Naxçıvan50234-112
12Sumqayıt40133-71

Bombardirlər
6 qol: B. Almeida («Neftçi»)
4 qol: Mikkels («Sabah»)

Paylaş:

Xəbər Lenti

Hakim xətası “Siti”yə qələbə, Holanda isə rekord gətirdi

14.09.26 | 02:59

Qələbə qolundan sərxoş qəzaya: Maldini sürücülük vəsiqəsini itirdi

14.09.26 | 02:18

Ronaldo azarkeşlərin biabırçı hərəkətinə qəzəbləndi: “Bu, artıq futbol deyil!”

14.09.26 | 01:03

“Sabah”ın rəqibləri xəbərdarlıq edir: əsas təhlükə haradadır?

14.09.26 | 01:37

“Qarabağ”la matçdan sonra Rəşad Sadıqovdan səmimi etiraflar: “Fasilə bizə lazım deyildi”

14.09.26 | 00:47

Zaur İsmayılov: “VAR-a baxmağa ehtiyac yox idi, penalti olduğu dərhal görünürdü”

14.09.26 | 00:16

Qurban Qurbanov sükutu pozdu: “Abbas Hüseynova hər şey deyilib, bu mövzu bağlanıb”

14.09.26 | 00:08

“Qarabağ” “Zirə” səddini aşa bilmədi

13.09.26 | 23:00

“Turan Tovuz”dan bəyanat: “Sistemli təzyiqlə üz-üzəyik, təmiz qolumuz ləğv edilir, absurd penalti təyin olunur”

13.09.26 | 19:54

Qurban Berdiyev Şamaxıdakı heç-heçədən narazıdır: “İki xal itirdik, belə penalti görməmişdim”

13.09.26 | 19:11

“Araz-Naxçıvan” və “Turan Tovuz”dan 4 qolluq heç-heçə

13.09.26 | 19:52

FİFA susur, Mərakeş finalın yerini elan edir: DÇ-2030-un  finalı ilə bağlı qalmaqal

13.09.26 | 19:31

Deku “Qızıl top” seçimini topa tutdu: “Bu, qlobal qalmaqaldır!”

13.09.26 | 18:38

Budapeştdə Rəşid Məmmədəliyev zəfəri: IJF cüdoçumuzun qızıl medalından yazd

13.09.26 | 12:46

Artetadan mübahisəli penalti qərarına sərt reaksiya: “Bu, cüdo fəndidir, penalti deyil!”.

13.09.26 | 12:20

Mbappedən penalti revanşı və dubl

13.09.26 | 11:32

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58