Zaur İsmayılov: “VAR-a baxmağa ehtiyac yox idi, penalti olduğu dərhal görünürdü”

14.09.26 | 00:16
Ölkə futbolu

Premyer Liqanın V turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” – “Turan Tovuz” matçının (2:2) ardından naxçıvanlıların baş məşqçisi Zaur İsmayılov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Gərgin mübarizəyə səhnə olan qarşılaşmanı şərh edən mütəxəssis, komandasının xarakter göstərərək xal qazanmasını, müdafiə xəttindəki sıxıntıları və matçın sonlarında təyin olunan mübahisəli penalti epizodunu dəyərləndirib.

Zaur İsmayılov matçda hesabda öndə olsalar da, fərdi səhvlər səbəbindən üstünlüyü əldən verdiklərini vurğulayıb: “Çox gərgin və ağır oyun alındı. Hesabda öndə olmağımıza baxmayaraq, ikinci hissədə fərdi və kobud səhvlər yüzündən qapımızda qollar gördük. Rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bilirdik, lakin buraxdığımız qollar standartlardan deyil, öz səhvlərimizdən qaynaqlandı. Buna rəğmən, matçın sonlarına doğru təzyiqi artırdıq, rəqibi səhv etməyə məcbur etdik və yekunda vacib bir xal qazandıq”.

Matçın 86-cı dəqiqəsində “Turan Tovuz”un qapısına təyin olunan və rəqib tərəfin etirazına səbəb olan penalti epizoduna toxunan baş məşqçi, hakimin doğru qərar verdiyini bildirib: “Epizodun təkrarına baxdıq. Rəqib qapıçı tərəfindən aydın toxunuş var idi. Təkrara baxan kimi penaltinin olduğu açıq-aşkar görünür. Baş hakim də VAR monitoruna yaxınlaşaraq epizodu uzun-uzadı izlədi və tam ədalətli qərar çıxararaq penalti nöqtəsini göstərdi”.

Beş turdan sonra toplanan iki xalın onları nə dərəcədə qane etməsi ilə bağlı sualı cavablandıran mütəxəssis, komandanın getdikcə formalaşdığını qeyd edib: “Mövsümün ilk turlarında təqvim bizim üçün həqiqətən də çox ağır idi. Amma biz hər matça yalnız qələbə üçün çıxırdıq. Ötən tur “Qarabağ”a qarşı yaxşı tesir bağışladıq və bu mövsüm ilk qollarımızı vurduq. Həmin oyun komandaya böyük stimul verdi, futbolçuları ruhlandırdı. İnanıram ki, növbəti qarşılaşmalarda oyunumuzda daha da artım olacaq”. Son olaraq heyətdəki zədə və kadr problemlərinə toxunan İsmayılov, mövqelər üzrə Məcburi rotasiyalar etdiklərini etiraf edib: “Mərkəz müdafiəsi zonasında problemlərimiz var. Mecburiyyətdən cinah müdafiəçilərimizi mərkəzdə oynatmağa çalışırıq. Müəyyən çətinliklər mövcuddur, lakin cinah oyunçularının köməyi ilə bu boşluğu doldurmağa cəhd edirik. Təəssüf ki, öz sadə səhvlərimizdən qollar buraxmağa davam edirik”.

Paylaş:

Xəbər Lenti

“Sabah”ın rəqibləri xəbərdarlıq edir: əsas təhlükə haradadır?

14.09.26 | 01:37

“Qarabağ”la matçdan sonra Rəşad Sadıqovdan səmimi etiraflar: “Fasilə bizə lazım deyildi”

14.09.26 | 00:47

Zaur İsmayılov: “VAR-a baxmağa ehtiyac yox idi, penalti olduğu dərhal görünürdü”

14.09.26 | 00:16

Qurban Qurbanov sükutu pozdu: “Abbas Hüseynova hər şey deyilib, bu mövzu bağlanıb”

14.09.26 | 00:08

“Qarabağ” “Zirə” səddini aşa bilmədi

13.09.26 | 23:00

“Turan Tovuz”dan bəyanat: “Sistemli təzyiqlə üz-üzəyik, təmiz qolumuz ləğv edilir, absurd penalti təyin olunur”

13.09.26 | 19:54

Qurban Berdiyev Şamaxıdakı heç-heçədən narazıdır: “İki xal itirdik, belə penalti görməmişdim”

13.09.26 | 19:11

“Araz-Naxçıvan” və “Turan Tovuz”dan 4 qolluq heç-heçə

13.09.26 | 19:52

FİFA susur, Mərakeş finalın yerini elan edir: DÇ-2030-un  finalı ilə bağlı qalmaqal

13.09.26 | 19:31

Deku “Qızıl top” seçimini topa tutdu: “Bu, qlobal qalmaqaldır!”

13.09.26 | 18:38

Budapeştdə Rəşid Məmmədəliyev zəfəri: IJF cüdoçumuzun qızıl medalından yazd

13.09.26 | 12:46

Artetadan mübahisəli penalti qərarına sərt reaksiya: “Bu, cüdo fəndidir, penalti deyil!”.

13.09.26 | 12:20

Mbappedən penalti revanşı və dubl

13.09.26 | 11:32

19 yaşlı istedad Lionel Messinin 20 illik rekordunu qırdı!

13.09.26 | 02:49

Yarımçıq qalmış final: “Şapekoense” qəzadan 10 il sonra yenidən “Atletiko Nasyonal”la qarşılaşacaq

13.09.26 | 02:30

Boksçu yox, məşqçi: Fernando Torresin inanılmaz zərbəsi və yeni rekordu

13.09.26 | 01:47

Maşını aşdı, özü möcüzəvi şəkildə sağ qaldı: 24 saat sonra “Çelsi”yə qarşı oynadı

13.09.26 | 01:58

Premyer Liqada mərkəzi oyun günü: “Qarabağ” “Zirə” sınağında!

13.09.26 | 01:54

Meydan yetmədi, indi klublar döyüşəcək: Messi və Ronaldodan yeni qarşıdurma

13.09.26 | 00:31

“Şamaxı”nın baş məşqçisi: “Qələbə üçün vuruşduq, amma alınmadı”

12.09.26 | 23:49