Artetadan mübahisəli penalti qərarına sərt reaksiya: “Bu, cüdo fəndidir, penalti deyil!”.

13.09.26 | 12:20
Dünya futbolu

Çoxları 44 yaşlı Mikel Artetanın “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqibi “Arsenal”ın “Sanderlend” üzərində səfərdə 2:0 hesablı qələbəsindən məmnun qaldığını düşünə bilər. Lakin ispan mütəxəssis heç də belə düşünmür.

İsveçli hücumçu Viktor Dyökerşin yenə şans qazanmayaraq ehtiyat oyunçular skamyasında qaldığı matçın ən dramatik anları ikinci hissədə yaşanıb.

56-cı dəqiqədə baş hakim Con Bruks mərkəz müdafiəçisi Ezri Konsanın Daniel Ballardı yerə yıxdığını əsas gətirərək “Sanderlend”in lehinə penalti təyin edib. Bununla da meydan sahibləri hesabı açmaq üçün əla şans qazanıblar.

Lakin “Prime” efirində ekspert kimi çıxış edən Boyan Corciç bu qərarla razılaşmayıb və epizodu “gülünc” adlandırıb: “Bu səviyyədə belə qərarlar qəbuledilməzdir”.

Komandasının vacib üç xal qazanmasına baxmayaraq, “Arsenal”ın baş məşqçisi Mikel Arteta da epizoda sərt reaksiya verib. İspaniyalı mütəxəssis qələbəyə sevinmək əvəzinə, hakim qərarını tənqid edib: “Hər şey tamamilə fərqli ola bilərdi. Onlar oyunun axarını dəyişə bilərdilər. Mən həmin epizoda əmin olmaq üçün on dəfə təkrar baxdım. Amma canlı izləyəndə də bunun penalti ola bilməyəcəyini, sadəcə cüdo fəndi olduğunu demişdim. Həqiqətən də belədir. Belə şeylər olmamalıdır. Bu, heç bir matçda, heç bir kontekstdə və heç bir liqada penalti deyil”.

Bununla belə, mübahisəli qərar oyunun taleyini dəyişməyib. “Arsenal”ın qapıçısı David Raya zərbənin istiqamətini düzgün müəyyənləşdirib və dirəyin də köməyi ilə komandasını qoldan xilas edib. Bu epizoddan cəmi 121 saniyə sonra isə “topçular” əks-hücum zamanı hesabı açıblar.

“Sanderlend”in əzəli rəqibi “Nyukasl”dan transfer olunan Bruno Gimaraynş cərimə meydançasının kənarından baxımlı zərbə ilə fərqlənib. Braziliyalı yarımmüdafiəçi oyundan sonra hisslərini bölüşüb: “Mövsümün əvvəli mənim üçün asan keçmədi – qısa müddətdə iki zədə aldım. Amma geri döndüyüm və belə gözəl qol vurduğum üçün çox şadam. Bu, mənim və ailəm üçün xüsusi an idi”.

“Arsenal” Premyer Liqada mövsümə ardıcıl 4 qələbə ilə başlayıb və 7:1 top fərqinə malikdir. London təmsilçisi çərşənbə axşamı Liqa Kubokunda “İpsviç Taun”la, daha sonra isə çempionatda “Brayton”la qarşılaşacaq. Mövsümə o qədər də inamlı başlamayan, lakin 4 xal toplayan “Sanderlend” isə çərşənbə günü Avropa Liqasında Niderlandın “AZ Alkmaar” klubunu qəbul edəcək. Bundan sonra komandanı Premyer Liqada “Mançester Siti” ilə çətin səfər oyunu gözləyir.

Paylaş:

Xəbər Lenti

Tevesin vida matçına ulduzlar axışacaq: Messi də gəlir!

27.11.26 | 23:58

“Suonsi” futbolçusunun çılpaq fotosu qalmaqal yaratdı

27.11.26 | 23:27

Önder Özen: “Bəhanə yoxdur, davam edirik”

27.11.26 | 22:14

Yuri Vernidub: “Azarkeşlər bizi irəli aparan qüvvədir”

27.11.26 | 22:04

Rəşad Sadıqovdan Verniduba irad: “Bəzi sözləri və açıqlamaları ona yaraşdırmıram”

27.11.26 | 22:20

“Neftçi”dən vacib qələbə, “qartallar”ın isə seriyası qırıldı

27.11.26 | 21:19

Braziliyada futbolçu məşq zamanı həbs olunub: O, ağır cinayətlərdə şübhəli bilinir

27.11.26 | 18:14

Premyer Liqada bəzi oyunlarda AVAR-2 hakimləri də fəaliyyət göstərəcək

27.11.26 | 18:00

I Liqada ilk dövrə başa çatdı: “Səbail”dən böyükhesablı qələbə

27.11.26 | 18:46

Zaur Həşimov: “Komanda xarakter və böyük istək nümayiş etdirdi”

27.11.26 | 18:20

Perkons komandası tənqid etdi: “Biz sadəcə meydanda var idik”

27.11.26 | 18:00

Sneyderin kolleksiyasından daha bir qiymətli əşya satıldı

27.11.26 | 18:34

“Sampdoriya”nın gənc qolçusu hansı millini seçəcək: Azərbaycan, yoxsa İtaliya?

27.11.26 | 17:24

“Şəfa” bu dəfə üstünlüyünü əldən vermədi

27.11.26 | 17:43

TV PROQRAM

27.11.26 | 15:42

Ərdoğan “Beşiktaş” rəhbərinə zəng etdi

27.11.26 | 01:05

“Beşiktaş” – “Hapoel” matçında azarkeşlər arasında kütləvi qarşıdurma: oyun 35 dəqiqə dayandırıldı

27.11.26 | 01:23

“Beşiktaş”ın təyyarəsini ildırım vurdu: futbolçular qorxulu anlar yaşadı

26.11.26 | 22:59

Hakim oyunun fasiləsində dəyişdirildi: sərxoş olduğu iddia edilir

26.11.26 | 18:12

Noyerin boşandığı həyat yoldaşından müəmmalı paylaşım: “Hamilə qadına xəyanət etmək qəddarlığın zirvəsidir”

26.11.26 | 17:09