“Qarabağ” yenidən Çempionlar Liqasında

27.08.25 | 22:40
Ölkə futbolu

İlk oyunda ümumi qələbə üçün ciddi fərq yaradan “Qarabağ” cavab oyununa o qədər də yaxşı başlamadı. Uzun zaman bir yerdə oynamaqlarına baxmayaraq müdafiəçilər mövqe səhvinə yol verdilər və Macarıstan klubu erkən qol vura bildi. Bu epizodda Mustafazadə, Media və Mateus Silva nə rəqiblə oynamaqda, nə də zamanında süni ofsayd yaratmaqda vahid ansambl kimi çıxış edə bilmədilər. Cəfərquliyev is nə işlə məşğul idi, məlum deyildi. Qoldan sonra da ağdamlılar bir müddət toparlanmaqda çətinlik çəkdilər və yalnız bəxtin sayəsində qapımızda qol görmədik. Xoşbəxtlikdən 25-ci dəqiqədə əks-hücum qolla nəticələndi. Nəriman Axundzadə bu epizodda yaxşı oynadı, sol cinahda rəqibi keçərək Andradeyə bariz qol imkanı yaratdı. Buna qədər səhvləri ilə yadda qalan Andrade dəqiq zərbə ilə hesabı bərabərləşdirdi və komandada yaranmış qısamüddətli təşvişi aradan qaldıra bildi. Bundan sonra Qurban Qurbanovun yetirmələri daha rahat oynadı və fasilə ərəfəsində Andrade yenidən səhnəyə çıxdı. Bu dəfə onun fərdi ustalığı və dəqiq ötürməsi ilə Zubir komandasını hesabda irəli çıxardı.

“Qarabağ” ikinci hissəyə də yaxşı başlamadı. Medina növbəti dəfə texnikasının olmamasının qurbanı oldu və adi vəziyətdə top əvəzinə rəqibin ayağına təpik endirdi. Varqa penalti ilə hesabı bərabərləşdirdi. Oyun getdikcə “Qarabağ”ın oyunçuları açıq-aşkar yoruldular. Bu səbəbdən də nə sürətli hücum qura bilir, nə də mübarizələrdən qalib çıxırdı. Bu cür mənzərə uzun zaman sürsə də, Qurbanov inadkarcasına dəyişiklik etmədi və nəticədə macarlar daha bir qol vuraraq intriqanı daha da artırdı. Son dəqiqələr macarların təzyiqi altında keçdi. Koxalski əla seyv ilə qonaqların qoluna mane oldu. Validol qoxulu oyunun sonu “Qarabağ” tab gətirə bildi və Qurbanovun komandası yenidən mötəbər turnirin əsas mərhələsinə yüksəldi. Çətin oldu, səhvlər oldu, amma nəticə uğurlu oldu. Səkkiz ildən sonra Ağdam klubu yenidən Avropanın aparıcı liqasında mübarizə aparacaq.

UEFA Çempionlar Liqası, Pley-off mərhələsi, cavab oyunu

Qarabağ – Ferentsvaroş (ilk oyun 3:1)

“Qarabağ”: Koxalski, Cəfərquliyev (Bayramov, 84), Mustafazadə, Medina, Mateus Silva, Bedro Bikalyo, Yankoviç, Kadi Borges (Kaşuk, 90+4), Zubir (Kuaku, 84), Leandro Andrade (Addai, 69), Axundzadə (Qurbanlı, 90+4).

“Ferentsvaroş”: Dibuş, Odovda (Naqi, 69), Raemaekers, İbrahim Sisse, Makrekis, Keyta (Tot, 74), Ötvös (Pasiç, 46), Conatan Levi (Kadu, 46), Lenni Jozef (Qrüber, 74), Kaniçovski, Barnabas Varqa.

Qollar: Jozef, 12 (0:1). Leandro Andrade, 25 (1:1). Zubir, 45 (2:1). Varqa, 55-p. (2:2). Tot, 82 (2:3).

Paylaş:

Xəbər Lenti

Ayxan Abbasov San Marino qələbəsindən sonra komandadakı problemləri açıqladı

10.06.26 | 07:21

Millimiz Qırğızıstana uduzdu

09.06.26 | 23:05

“Zirə” Anatoli Nuriyevlə vidalaşdı

09.06.26 | 23:13

Məmmədyarov Erigaisi ilə heç-heçə etdi, Muradlı isə liderdir

09.06.26 | 23:21

“Qarabağ”ın yay hazırlıq planı məlum oldu

09.06.26 | 23:29

Ruy Jorje debüt matçında qələbə qazandı

09.06.26 | 23:54

“Sumqayıt”ın sabiq çalışdırıcısı “Partizan”da

09.06.26 | 23:14

Üç futbolçu paytaxt klubunu tərk etdi

09.06.26 | 17:29

Tovuzlular kapitanla vidalaşdı

09.06.26 | 17:30

Şotlandların qərarı Norveçin baş məşqçisini hövsələdən çıxardı

09.06.26 | 17:52

Xəyal Əliyev  Madridə yollandı

09.06.26 | 16:52

Afrikanın ən yaxşı hakimi ABŞ-a buraxılmadı

09.06.26 | 14:20

TV proqram

09.06.26 | 13:37

DÇ-2026-nın təqvimi

09.06.26 | 13:52

“Şafa” “Sabah”ın sabiq qolkiperi ilə anlaşdı

09.06.26 | 13:52

Roberto Çevoli: “Məqsədimiz Azərbaycanla oyunda maksimum gücümüzü göstərməkdir”

09.06.26 | 12:09

Məmmədyarov uduzdu

09.06.26 | 00:50

Ayxan Abbasovdan sərt tələb: “Klublarında 7-8 dəqiqə oynamaqla kifayətlənməməlidirlər!”

09.06.26 | 00:05

Sumqayıt Konfrans Liqasının oyunlarına hazırlaşır

08.06.26 | 20:33

“Şəfa” yeni mövsümün hazırlıqlarına iyulda başlayacaq

08.06.26 | 20:54