“Qarabağ” və “Turan Tovuz” “Kayrat”ın portuqaliyalı hücumçusu Jorjinyonu heyətinə qatmaq üçün mübarizə aparır.
1997-ci il təvəllüdlü “Braqa” yetirməsi olan forvard karyerasına “Seleyruş”da başlayıb, daha sonra vətənində “Merelinense”, “Fafe”, “Sanjuanense” və “Pevidem” klublarında çıxış edib. Futbolçunun karyerasında yüksəliş 2023-cü ildə Lüksemburqun “Differdanj” komandasına keçidi ilə başlayıb. Bu klubun heyətində 51 oyuna 45 qol və 15 məhsuldar ötürmə ilə yadda qalan hücumçu həm çempionluq yaşayıb, həm də bombardir adını qazanıb. 2024-cü ilin sonunda “Kayrat”a transfer olunan Jorjinyo Qazaxıstanda da sabit oyunu ilə diqqəti üzərinə çəkməyi bacarıb.
Qeyd edək ki, “Kayrat”la müqaviləsi cari ilin dekabrın 31-də başa çatacaq 29 yaşlı oyunçunun karyerasını ölkəmizdə davam etdirmək ehtimalı yüksək qiymətləndirilir.