Avropa Liqasının I təsnifat mərhələsində “Qarabağ” və İslandiyanın “Vestri” klubları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.
Komandalar arasında ilk qarşılaşma iyulun 9-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:00-da start götürəcək.
Cavab matçı isə iyulun 16-da Reykyavikin “Trottarvellur” stadionunda keçiriləcək. Bakı vaxtı ilə saat 00:00-da başlayacaq bu görüşlə növbəti mərhələyə adlayacaq komandanın adına aydınlıq gələcək.