Zakariya Savonun zədələnməsindən sonra yeni forvard axtarışına başlayan “Qarabağ” diqqətini tanış simaya yönəldib. Ağdam təmsilçisinin namizədləri arasında bir vaxtlar “Neftçi”də çıxış etmiş braziliyalı hücumçu Mateus Saldanya da var.
Hazırda BƏƏ-nin “Əl-Vəsl” klubunda forma geyinən 26 yaşlı futbolçunun icarəyə götürülməsi imkanları nəzərdən keçirilir. Lakin bu keçidin gerçəkləşməsi və prosesin neçə yekunlaşacağı hələ dəqiq deyil.
Cənubi amerikalı hücumçunun Dubay təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2027/28 mövsümünün sonuna qədər nəzərdə tutulub.