“Qəbələ” 1.6 milyon manatı hara xərcləyəcək?

26.02.26 | 13:45
Ölkə futbolu

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı UEFA-nın həmrəylik ödənişlərindən əldə olunacaq vəsaitin hansı istiqamətlərə yönəldiləcəyi barədə danışıb: “Vəsaiti xərcləməli olduğumuz yerlər kifayət qədərdir. Bütün məbləği infrastrukturun yenilənməsinə sərf etməyi planlaşdırırıq. Bizim altı təbii ot örtüklü, həmçinin süni örtüklü meydançalarımız var ki, onların saxlanılması böyük xərclər tələb edir.

Paytaxt klubları üçün bu məsələ daha asandır və bir neçə meydança icarəyə götürməklə kifayətlənə bilirlər. Bizim isə belə imkaanımız yoxdur. Qəbələdə öz infrastrukturumuza sahib olmalı və onu qorumalıyıq. Buna görə də pullar infrastrukturun saxlanılmasına və təkmilləşdirilməsinə xərclənəcək.

Əgər artıq vəsait qalarsa, ötən il güclü külək nəticəsində ciddi zədələnmiş süni örtüklü qapalı maneji təmir etmək niyyətindəyik. Bu vəsait bizə kömək olacaq, lakin təəssüf ki, bütün cari ehtiyaclarımızı tam qarşılamır”, – deyə S.Səfiyarlı bildirib.

Xatırladaq ki, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışı sayəsində Premyer Liqanın hər bir klubu UEFA-dan 1 600 000 manat məbləğində vəsait əldə edəcək.

Paylaş:

Xəbər Lenti

“Sumqayıt” Burkina Faso millisindən futbolçu transfer etdi

11.09.26 | 23:04

Yuriy Vernidub: “Arxayınlaşmağa haqqımız yoxdur, buraxılan qolların qarşısı alınmalı idi”

11.09.26 | 23:19

Fərid Namazov: “2:0-dan sonra toparlanmağı bacardıq, lakin sonda real güc nisbəti sözünü dedi”

11.09.26 | 23:23

“Neftçi” son dəqiqələrdə güldü

11.09.26 | 23:06

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16