Qəbələ” futbol klubu heyətini yeni oyunçu ilə gücləndirib. Bölgə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, “qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardonu rənglərinə bağlayıb. 24 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Cənubi amerikalı müdafiəçinin son klubu İslandiyanın “Vestri” kollektivi olub. Edson Eduardo buna qədər Braziliya və Tunis çempionatlarında da çıxış edib.