Hakim qalmaqalı və PSJ-nin zəfəri

07.05.26 | 01:15
Dünya futbolu

Çempionlar Liqasında final cütlüyü rəsmiləşdi. Yarımfinalda “Bavariya” səddini çətinliklə də olsa aşan son çempion PSJ ardıcıl ikinci dəfə həlledici matça adını yazdırdı. Parisdəki tarixi 5:4 hesablı qələbədən sonra, Münhendəki cavab qarşılaşmasında qeydə alınan 1:1 hesablı heç-heçə “qırmızı-göylər”i mayın 30-da Budapeştdə keçiriləcək finala daşıdı. Komandanın budəfəki rəqibi isə London “Arsenal”ı olacaq.

Erkən qol və Kvaratsxeliyanın rekordu

Oyunun əvvəlindən PSJ təşəbbüsü ələ aldı. Artıq 3-cü dəqiqədə Xviça Kvaratsxeliyanın ötürməsini qəbul edən Usman Dembele güclü zərbə ilə topu tora göndərərək hesabı açdı. Bu məhsuldar ötürmə ilə Kvaratsxeliya Çempionlar Liqasının pley-off mərhələsində ardıcıl 7 oyunda qol və ya assist (7 qol, 3 məhsuldar ötürmə) edərək turnirin yeni rekordunu müəyyənləşdirdi.

Vensan Kompaninin rəhbərlik etdiyi “Bavariya” isə ilk matçdan fərqli olaraq xeyli qeyri-dəqiq oynayır, daha çox Maykl Olise və Luis Diasın fərdi səylərinə ümid edirdi. Manuel Noyerin 56, 57 və 64-cü dəqiqələrdəki həlledici qurtarışları olmasaydı, hesab fərqi daha böyük ola bilərdi. Harri Keynin əlavə olunmuş vaxtda vurduğu qol isə yalnız hesabı bərabərləşdirməyə yetdi və almanların “trebl” (mövsümdə 3 titul) ümidlərini birdəfəlik məhv etdi.

“Bild” qəzəblidir: “Hakim qalmaqalı”

Almaniya mətbuatı, xüsusən də “Bild” nəşri matçdan sonra “Xəyallar darmadağın oldu” başlığı ilə çıxış edərək, məğlubiyyətin əsas səbəbkarı kimi portuqaliyalı baş hakim Joau Pinyeyrunu göstərib. Karyerasında ilk dəfə ÇL-in yarımfinalını (ümumilikdə 15-ci ÇL matçı) idarə edən təcrübəsiz hakimin qərarları münhenliləri qəzəbləndirib:

28-ci dəqiqə: Sarı vərəqəsi olan Nunu Mendeş topa uzadılmış qolla müdaxilə etsə də, hakim “Bavariya”nın ikinci sarı vərəqə tələblərinə məhəl qoymadı. Əksinə, Konrad Laymerin topu qarın/omba nahiyəsi ilə qəbul etməsinə baxmayaraq, əllə oynadığını iddia edərək PSJ-nin xeyrinə cərimə zərbəsi təyin etdi.

36-cı dəqiqə: Bütün Münhenin penalti tələb etdiyi epizod! Vitinyanın cərimə meydançasından uzaqlaşdırmaq istədiyi top Joau Neveşin əlinə dəysə də, hakim və VAR oyunu davam etdirdi.

Sabiq hakim Manuel Qrefe bu epizodu şərh edərkən belə deyib: “Bu, birmənalı şəkildə penaltidir. Çünki topa doğru qəsdən hərəkət var”. (IFAB qaydalarına görə, komanda yoldaşından gələn top qapıya yönəlməyibsə, penalti verilmir, lakin alman tərəfi fərqli düşünür).

Finala doğru: Status, yoxsa yeni çempion?

*Altı ildir Çempionlar Liqası kubokuna həsrət qalan “Bavariya” yenidən turnirlə vidalaşdı. Xatırladaq ki, münhenlilər sonuncu dəfə 2020-ci ildə məhz PSJ-ni məğlub edərək titula sahib çıxmışdılar. Həmin finaldan bəri PSJ-nin start heyətində yerini qoruyan yeganə futbolçu komandanın kapitanı Markinyosdur.

*Uzun illər Avropa arenasında yalnız 1996-cı ildə qazanılan Kuboklar Kuboku ilə kifayətlənən, lakin ötən mövsüm tarixində ilk dəfə bu mötəbər turnirin qalibi olan Fransa təmsilçisi, indi həm statusunu qorumaq, həm də ardıcıl ikinci çempionluğunu qazanmaq niyyətindədir. 2020-ci ildən bəri artıq üçüncü finalına çıxan PSJ bunu bacaracaq, yoxsa “Arsenal” illər sonra Avropanın zirvəsinə yüksələcək?

“Bavariya” – PSJ – 1:1 (0:1)

Qollar: Keyn, 90+4 – Dembele, 3.

İlk oyun – 4:5.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46