“Qəbələ” futbolçusu Prins Ovusunun keçidi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb. Tərəflər 20 yaşlı qanalı vingerin transferi üzrə tam razılığa gəliblər.
Gənc futbolçu 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından bölge təmsilçisinə cəlb olunmuşdu. Ovusu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 34 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.