Praqa derbisində hərbi cinayətkara dəstək qalmaqalı

31.08.26 | 19:54
Dünya futbolu

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi “Slaviya” ilə “Sparta” arasında keçirilən Praqa derbisi tribunada baş verən siyasi qalmaqalla gündəmə gəlib. Matçın sonlarına yaxın “Sparta” azarkeşlərinin yer aldığı sektorda Serbiyanın bayrağı və hərbi cinayətkar Ratko Mladiçə həsr edilən “Ruhun şad olsun, general” yazılı pankart nümayiş etdirilib.

 Bosniyada mülki əhaliyə qarşı törədilən soyqırıma görə Haaqa məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilən və bu yaxınlarda həbsxanada dünyasını dəyişən “Bosniya qəssabı” ləqəbli Mladiçə verilən bu dəstək böyük etiraza səbəb olub. Aksiya zamanı azarkeşlərdən birinin əynində Rusiya-Ukrayna müharibəsinin rəmzi sayılan “Z” simvollu geyimin olması da diqqətdən qaçmayıb.

“Sparta” klubunun ictimaiyyətlə əlaqələr direktoru Pavel Yina məsələ ilə bağlı dərhal açıqlama verərək, klubun bu insidentdən tamamilə uzaq olduğunu bildirib. O, pankartın fərdi aksiya olduğunu, dərhal yığışdırıldığını və qaydaları pozan azarkeşlərə qarşı stadiona giriş qadağası da daxil olmaqla sərt sanksiyaların tətbiq ediləcəyini vurğulayıb.

Srebrenitsa Soyqırımı Memorial Mərkəzi də baş verənlərə kəskin reaksiya verərək, hərbi cinayətkarların bu cür təbliğ olunmasını münaqişə qurbanlarının xatirəsinə təhqir adlandırıb və UEFA-nı oxşar hallara qarşı barışmaz mövqe tutmağa çağırıb.

Xatırladaq ki, qarşılaşma “Slaviya”nın böyükhesablı qələbəsi ilə başa çatıb – 3:0. 6 oyuna 14 xal toplayan “Sabah”ın rəqibi bu qələbə sayəsində ölkə çempionatında liderliyə yüksəlib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46