Portuqaliya son dəqiqələrdə qələbə topunu vuraraq 1/8 finala adladı

03.07.26 | 08:11
Dünya futbolu

Dünya Kuboku, 1/16 final

Dünya Çempionatının 1/16 finalındakı Portuqaliya – Xorvatiya matçı futbol tarixinə keçəcək bir sonluqla bitdi. İvan Perişiçin qoluna Kriştianu Ronaldo (penalti) və Qonsalu Ramuşla cavab verən Portuqaliya 2:1 öndə idi. Lakin əsl xaos matçın əlavə olunmuş 13-cü (!) dəqiqəsində yaşandı.

Xorvatların son hücumunda Perişiçin cərimə meydançasına asmasından sonra Yoşko Qvardiol topu torlara qovuşdurdu. Stadion sevincdən lərzəyə gəldi, xorvatlar möcüzəvi bərabərliyi bayram edirdi. Lakin işə VAR işə qarışdı.

İlk baxışdan hər şey qaydasında görünürdü: Perişiç ötürməni edərkən Mario Paşaliç ofsaydda deyildi. Lakin topa hücum edən İqor Matanoviçin havada topa toxunub-toxunmadığı sual doğurdu. Əgər Matanoviç topa toxunmuşdusa, o anda Paşaliç artıq ofsayd vəziyyətində idi.

Qaydalar nə deyir? Top portuqaliyalı Renato Veyqaya da toxunmuşdu, lakin bu, qəsdən oyun yox, sadəcə rikoşet (topdan qaçmaq istəyərkən toxunuş) olduğu üçün ofsaydı ləğv etmirdi

İnsan gözünün seçə bilmədiyi bu epizodda köməyə topun içindəki xüsusi mikrosxem (sensor datası) çatdı. Ekranda əks olunan qrafik göstərdi ki, Matanoviçin tullanışı anında topda rəqs tezliyi qeydə alınıb. Yəni, minimal da olsa, toxunuş var idi!

Bu mikroskopik toxunuş Paşaliçi ofsayda saldı və Qvardiolun qolu haqlı olaraq ləğv edildi. Qərardan qəzəblənən xorvat azarkeşlər meydana yad əşyalar atsa da, qərar dəyişmədi və Portuqaliya 1/8 finala yüksəldi.

Luka Modriç və Kriştianu Ronaldo kimi iki canlı əfsanənin bu tarixi qarşıdurması, futbol topunun içindəki kiçik bir sensorun verdiyi hökmlə bitdi. Əgər bu, Modriçin Dünya Çempionatlarındakı son matçıdırsa, bu sonluq həm çox dramatik, həm də çox kədərlidir.

Dünya Çempionatı, 1/16 final

Portuqaliya – Xorvatiya 2:1

Qollar: Perişiç, 53 (0:1); Kriştianu Ronaldo, 68 – penalti (1:1); Ramuş, 90+4 (2:1)

Baş hakim: Eskos (Norveç)

Portuqaliya: Koşta, Ruben Diaş, Veyqa, Nunu Mendeş, Joau Kanselu (Semedo, 63), Joau Neveş, Vitinya (Bernardu Silva, 62), Brunu Fernandeş (Ramuş, 63), Leau, Pedru Netu (Konseysau, 63), Kriştianu Ronaldo (Ruben Neveş, 81).

Xorvatiya: Livakoviç, Ponqraçiç, Şutalo, Perişiç, Stanişiç, Kovaçiç (Kramariç, 90+6), Modriç, Suçiç, Baturina (Paşaliç, 68), Vlaşiç (Qvardiol, 90+2), Budimir (Matanoviç, 46).

Sarı vərəqələr: Ruben Diaş (17), Modriç (59), Perişiç (90)Stadion: “BMO Field” (Toronto, Kanada)

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46