Klubun rəsmi saytına istinadən xəbər veririk ki, “astronomlar” portuqaliyalı yarımmüdafiəçi Rodriqu Fernandeşi heyətinə qatıb. 25 yaşlı “dayaq” oyunçusu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb. Futbolçu bölgə təmsilçisinə azad agent statusu ilə qoşulduğu üçün klub bu transferə görə qarşı tərəfə təzminat ödəməyib.
Qeyd edək ki, Portuqaliya futbolunun nəhəngləri sayılan “Sportinq” məktəbinin yetirməsi olan Fernandeş, karyerası ərzində həm Lissabon təmsilçisinin, həm də “Portu”nun əvəzedici (B) komandalarında çıxış edib. Onun son iş yeri də məhz “əjdahalar”ın ikinci komandası olub.