Polşaya səs-küylü dönüş: “Rakuv”un yeni transferi, keçmiş xatirələr və təxirə salınan debüt

22.07.26 | 16:59
Ölkə futbolu

Almaniyanın “Kayzerslautern” klubuna məxsus olan Azərbaycan millisinin 29 yaşlı hücumçusu Mahir Emreli karyerasını yenidən Polşada davam etdirəcək. Təcrübəli forvard 2026/2027 mövsümünün sonunadək satınalma opsiyası ilə icarə əsasında “Rakuv”un şərəfini qoruyacaq.

Milli komandada 61 matç keçirən, “Bakı” klubunun yetirməsi, “Qarabağ”da 5 dəfə ölkə çempionu və 2 dəfə bombardir olan Emrelinin bu transferi Polşa mətbuatında böyük rezonans doğurub. Mətbuat onun 2021–2022-ci illərdə “Legiya”da çıxış etdiyini və azarkeşlərin klub avtobusuna hücumundan sonra komandadan qalmaqallı şəkildə ayrıldığını yada salıb. “Legiya”dan sonra “Dinamo” (Zaqreb), “Konyaspor”, “Nürnberq” və “Kayzerslautern”də çıxış edən hücumçunun Polşaya dönüşü yerli futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Transferdə maraqlı bir tarixi məqam da diqqət çəkir. Dəqiq 5 il əvvəl – 2021-ci il iyulun 17-də Emreli “Legiya”nın heyətində Polşa Superkubokunda məhz “Rakuv”a qol vurmuşdu (1:1, penaltilərlə 3:4). Həmin matçda “Rakuv”un qoluna imza atan Fran Tudor hazırda komandanın kapitanıdır və həmin heyətdən klubda qalan yeganə futbolçudur.

Yenidən Polşaya qayıtmağın onda nostalji hisslər oyatdığını bildirən Emreli keçid səbəblərini və təəssüratlarını bölüşüb: “Başqa təkliflərim də var idi. Lakin “Rakuv”un daxili çempionatda və avrokuboklardakı uğurları, həmçinin bu mövsüm Konfrans Liqasında mübarizə aparacağı qərarıma birbaşa təsir etdi. Ekstraklasanın səviyyəsi Almaniyanın 2-ci Bundesliqasından üstündür. Komandanın topa nəzarətə əsaslanan futbol üslubu bir hücumçu kimi mənim zövqümə tam uyğundur.”

Hücumçu yeni kollektivindəki mühitdən və adaptasiya prosesindən də söz açıb:

“Məni klubda rəhbərlikdən tutmuş futbolçulara qədər hər kəs böyük hörmətlə qarşıladı. ‘Kayzerslautern’də məşqlərimi davam etdirsəm də, ‘Rakuv’la toplanış keçirməmişəm. Artıq yeni komandamla bir neçə məşqə çıxmışam. ‘Rakuv’un əsas gücü fərdi keyfiyyətlərdə deyil, kollektiv mübarizə ruhundadır. Məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirərək bu sistemə tezliklə uyğunlaşmağa çalışacağam.” Müqavilənin son anda rəsmiləşməsi səbəbindən Emreli UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Maltanın “Valletta” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirakçı ərizəsinə salınmayıb. “Rakuv” bu səddi keçəcəyi təqdirdə, təcrübəli forvard 3-cü təsnifat mərhələsindən etibarən avrokubok matçlarına sifariş olunacaq.

Paylaş:

Xəbər Lenti

Xristo Yanev: “Qarabağ” aqressiv komandadır, lakin bura mübarizə aparmağa gəlmişik”

22.07.26 | 20:30

Böyük finalın arxa fonu: İspaniya və Argentina ulduzlarının həyat yoldaşları

22.07.26 | 20:22

Qurban Qurbanov: “İllərdir bu prosesdən keçirik və kifayət qədər təcrübəmiz var”

22.07.26 | 19:39

DÇ-nin əfsanəsi karyerasını bitirdi

22.07.26 | 17:47

UEFA “Qurnik” – “Fənərbaxça” matçındakı iğtişaşları araşdırır: Sanksiyalar gözlənilir

22.07.26 | 17:38

“Paide”nin baş məşqçisi: “Zirə” ilə qarşılaşmanın məsuliyyətini dərk edirik”

22.07.26 | 16:46

Neymar yenidən qalmaqalın mərkəzində

22.07.26 | 16:46

Polşaya səs-küylü dönüş: “Rakuv”un yeni transferi, keçmiş xatirələr və təxirə salınan debüt

22.07.26 | 16:59

“Neftçi” Çempionlar Liqasında finala yüksəldi

22.07.26 | 16:46

ÇSKA-nın müdafiəçisi: “Qarabağ” yüksək səviyyəli komandadır, Bakıda əlimizdən gələni edəcəyik”

22.07.26 | 15:27

“Sabah”ın potensial rəqibi bəlli olur: “Lex”dən böyük hesablı qələbə

22.07.26 | 03:15

“Neftçi” Belarus sınağı önündə

22.07.26 | 02:03

Aydın Süleymanlı həlledici mərhələyə heç-heçə ilə bqədəm qoydu

22.07.26 | 02:05

“Favorit kimdir?” – Vernidub Minsk “Dinamo”su ilə matçdan əvvəl danışdı

22.07.26 | 02:37

Emin Mahmudov: “Hazırda bütün fikrimiz Minsk “Dinamo”sundadır”

22.07.26 | 01:02

“Dinamo”nun baş məşqçisi: “Neftçi”nin səviyyəsi yüksəkdir”

22.07.26 | 01:11

Miika Nuutinen: “Böyük hesabla uduzmamağımızda bəxtimiz gətirdi, amma ümidimiz qalır”

22.07.26 | 01:27

Valdas Dambrauskas: “Qol tortun üzərindəki albalı kimidir”

22.07.26 | 01:53

Çempionlar Liqası: “Sabah” tam üstün olduğu oyunda minimal hesablı qələbə qazandı

22.07.26 | 00:28

​“Zirə”dən növbəti transfer: Kot-d’İvuar hücumçusu heyətə qatıldı

21.07.26 | 17:52