“Özgen”in azərbaycanlı liderləri: “Azərbaycanla Qırğızıstan arasında futbol körpüsüyük”  

06.09.26 | 16:01
Ölkə futbolu

Qırğızıstan çempionatında çıxış edən “Özgen”də azərbaycanlı futbolçuların uğurlu performansı diqqət çəkir. Komandanın əsas heyətində yer alan Ramin Əhmədov, İldar Ələkbərov və Orxan Əliyev cari mövsümdə ümumilikdə 17 məhsuldar fəaliyyətə imza atıblar.

Əhmədovun hesabında 5 qol və 1 məhsuldar ötürmə, Ələkbərovda 3 qol və 2 assist, Əliyevdə isə 4 qol və 2 assist var. Azərbaycanlıların komandadakı sayı iyulun əvvəlində “Səbail”, “Şamaxı” və “Turan-Tovuz” klublarında çıxış etmiş dayaq yarımmüdafiəçisi Səbail Bağırovun transferi ilə dördə çatıb.

“Özgen” eyniadlı şəhəri təmsil edən gənc layihədir. Ötən mövsüm çempionata uğursuz başlayan komanda sonradan oyununu formalaşdıraraq turniri orta sıralarda başa vurub. Qış fasiləsində əsas heyətini qoruyan və bir neçə mövqeyi gücləndirən klub Türkiyədə təlim-məşq toplanışı keçirib. Burada Rusiya I Liqasında çıxış edən “Çayka”nı 3:2 hesabı ilə məğlub edib, həmçinin Macarıstan və Slovakiya komandaları ilə qarşılaşıb.

Bu işin nəticəsi çempionatda da özünü göstərib. 13 turdan sonra 26 xal toplayan “Özgen” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 25 qol vurub və 14 top buraxıb.

İldar Ələkbərovun sözlərinə görə, klubda futbolçulara münasibət onun “Özgen”ə keçidində əsas amillərdən biri olub: “Rəhbərlik futbolçular üçün əlindən gələn hər şeyi edir. Bərpa olunmağa ehtiyac varsa, klub bunu təşkil edir. Lazım olan hər şey təmin olunur. Yaşayış və digər məişət məsələlərində də problem yoxdur”.

Azərbaycanlıların “Özgen” yolu

“Özgen”də azərbaycanlı futbolçuların çoxalması təsadüfi deyil. Bu istiqamət ötən mövsüm Ramin Əhmədov və İldar Ələkbərovun “Alay”da çıxış etməsi ilə formalaşmağa başlayıb. Orxan Əliyev isə 2025-ci ilin yayında “Turan-Tovuz”dan Qırğızıstan klubuna keçib.

Azərbaycanlı futbolçuların Qırğızıstan futboluna gəlişində menecer Qvanzav Maqomedovun da mühüm rolu olub. Özü də vaxtilə bu ölkədə çıxış edən menecer son illərdə azərbaycanlı futbolçular üçün Qırğızıstan klublarında yeni imkanlar yaradır.

Ələkbərov hesab edir ki, azərbaycanlıların uğurlu çıxışı iki ölkə arasında futbol əlaqələrinin genişlənməsinə səbəb olub: “Özümüzü yaxşı tərəfdən göstərdik və Azərbaycan futbolunu layiqincə təmsil etdik. Bundan sonra digər azərbaycanlı futbolçular da Qırğızıstan çempionatına gəlməyə başladılar. Göstərdik ki, bizim futbolçular bu liqada yaxşı çıxış edə bilərlər. Demək olar ki, iki ölkə arasında futbol körpüsünə çevrilmişik”.

Qırğızıstan çempionatı gözləniləndən güclüdür

Ələkbərov Qırğızıstan çempionatının səviyyəsinin gözləntilərindən yüksək olduğunu vurğulayıb. Onun sözlərinə görə, son illərdə legionerlərin səviyyəsi artıb, infrastruktur inkişaf edib və klublar daha peşəkar şərait yaratmağa başlayıblar.

Futbolçu Azərbaycan və Qırğızıstan çempionatlarını da müqayisə edib. Onun fikrincə, Azərbaycan çempionatında taktiki hazırlıq və topa nəzarət daha çox ön plana çıxırsa, Qırğızıstanda oyun daha fiziki və birbaşa xarakter daşıyır.

Eyni zamanda Ələkbərov yerli futbolçuların legionerlərin çoxluğundan zərər görmədiyini düşünür. Əksinə, güclü əcnəbilərlə rəqabətin yerli oyunçuların inkişafına təkan verdiyini bildirir.

“Futbolçu meydana pasporta görə deyil, rəqabətdə qalib gəldiyi üçün çıxmalıdır. Əgər oyunçu yalnız limitə görə heyətə düşürsə, bu, əsl rəqabət deyil”.

Növbəti hədəf — daha güclü çempionat

Həm Əhmədov, həm də Ələkbərov Qırğızıstanı karyeralarının son dayanacağı hesab etmirlər. “Özgen”də uğurlu çıxış edərək daha güclü və maliyyə baxımından cəlbedici çempionatlara keçmək istəyirlər.

Ələkbərovun əsas hədəfi Avropaya qayıtmaqdır. O, Türkiyə variantını xüsusilə real hesab edir və gələcəkdə Azərbaycana qayıtma ehtimalını da istisna etmir. Əhmədov isə Türkiyə ilə yanaşı, Malayziya və İndoneziya kimi Asiya ölkələrindən gələn təklifləri də nəzərdən keçirməyə hazır olduğunu bildirib.

Ələkbərov gənc futbolçulara da karyera qurarkən səbirli olmağı tövsiyə edib: “Əvvəlcə öz səviyyəni düzgün qiymətləndirmək, möhkəmlənmək, özünü göstərmək, sonra isə növbəti addımı atmaq lazımdır”.

Hazırda Azərbaycanlı futbolçuların Qırğızıstan futboluna axını daha çox birtərəfli xarakter daşıyır. Lakin Əhmədov, Ələkbərov və Əliyevin “Özgen”dəki çıxışı göstərir ki, bu istiqamət artıq təsadüfi seçim deyil. Azərbaycanlı futbolçular burada müntəzəm oyun praktikası qazanır, komandanın liderlərinə çevrilir və daha böyük karyera imkanları üçün özlərini göstərirlər.

Digər tərəfdən, Ələkbərovun fikrincə, gələcəkdə bu “futbol körpüsü” əks istiqamətdə də işləyə bilər və Qırğızıstanın istedadlı futbolçuları Azərbaycan çempionatında çıxış etmək şansı qazana bilərlər.(Mənbə: Eurasia.football)

Paylaş:

Xəbər Lenti

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58

Dambrauskas: “Nə qədər yaxşı olduğumuzu “Mançester Yunayted”lə oyunda görəcəyik”

10.09.26 | 01:29

“Sabah”ın rəqibləri fərqli başladı: “Barselona”dan darmadağın, “Vikinq”dən məğlubiyyət

10.09.26 | 00:45

Türkiyə futbolunda tarixi təyinat: 22 yaşlı qadın kişi komandasının baş məşqçisi oldu

09.09.26 | 23:36

Zidandan Messi etirafı: “Tarixin ən yaxşısının kim olduğunu anlamayanların futboldan başı çıxmır”

09.09.26 | 22:20

Maykl Kerrikdən “Sabah” açıqlaması: “Onların necə təhlükəli olduğunu bilirik”

09.09.26 | 20:51

“Mançester Yunayted”də “Sabah” matçının hazırlıqları: Markus Reşfordun durumu necədir?

09.09.26 | 17:55

Karraqerdən şok proqnoz: “Haaland bütün rekordları qıracaq!”

09.09.26 | 16:57

“Sabah”ın rəqibi ÇL matçında şok yaşadı: 18 yaşlı ulduz xəstəxanalıq oldu

09.09.26 | 15:47

“Sabah”dan növbəti transfer: Braziliyalı hücumçu komandaya qoşuldu

09.09.26 | 12:31

Abdella Zubirin Səudiyyə Ərəbistanına transferi baş tutmayıb

09.09.26 | 12:30

Çempionlar Liqasında ilk turun ilk günü: 19 qol, dramatik oyunlar və gözlənilməz dönüşlər

09.09.26 | 02:20

“Bu, çox acınacaqlıdır”: Dünya çempionu Mbappeni “Qızıl top”a görə sərt tənqid etdi

09.09.26 | 02:13