Özbəklər tarixi oyunda yalnız oyunçuların səviyyə fərqinə görə uduzdular. Kolumbiyalı futbolçular səviyyə baxımından rəqiblərindən aşkar üstün idilər. Bununla belə “ağ canavarlar” baş məşqçi Fabio Kannavaronun taktikasına uyğun olaraq təşəbbüsü rəqibə verib mütəşəkkil müdafiə olunurdular. Yalnız ilk yarının sonunda qol buraxdıqdan sonra özbəklər irəli getdilər və hesabı bərabərləşdirə bildilər. Amma yuxarıda qeyd olunan amil öz işini gördü. Kolumbiya çox güclü komanda təsiri bağışlamasa da, 3 xalını qazandı.
Dünya Kuboku, K qrupu, 1-ci tur
Özbəkistan – Kolumbiya 1:3
Mexiko. «Asteka» stadionu. 80824 tamaşaçı.
Hakim: Entoni Teylor (İngiltərə)
Özbəkistan: Yusupov, Kərimov, Xusanov, Abdullayev, Aşurmatov (Urozov, 78), Nəsrullayev (Sayfiyev, 46), Mozqovoy, Şükürov, Fayzullayev (Amonov, 78), Urunov (Həmdəmiv, 46), Şomuradov (Sergeyev, 90+3).
Kolumbiya: K. Varqas, Munyos, Lukumi, Mohika, Lerma, Puerta (Rios, 80), Arias (Karlos Qomes, 90+3), Xames Rodriqes (Kampas, 72), Luis Suares (Kuço Ernandes, 80)
Qollar: Munyos, 40 (0:1). Fayzullayev, 60 (1:1). Luis Dias, 65 (1:2). Kampas, 90+9 (1:3).
Sarı vərəqələr: Mohika, 7. Xusanov, 34.