“Orxus”un prezidenti “Lex”lə məzələndi

30.07.26 | 16:07
Dünya futbolu

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Polşanın “Lex” klubunu mübarizədən kənarlaşdıran Danimarkanın “Orxus” komandasının prezidenti Yakob Nilsen oyundan sonra səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Poznan təmsilçisi ilk oyunda səfərdə 4:1 hesablı qələbə qazansa da, doğma meydanda eyni hesabla uduzub. Əlavə vaxtda komandalar hərəyə bir qol vurduqdan sonra qalib penaltilər seriyasında müəyyənləşib və “Orxus” növbəti mərhələyə yüksələrək Azərbaycan çempionu “Sabah”a rəqib olub.

Məğlub olan “Lex” isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində Farer adalarının “Klaksvik” klubu ilə qarşılaşacaq. Matçdan əvvəl məhz Farer təmsilçisinin mərhələ adlayacağı gözlənildiyindən, “Orxus” prezidenti səfərlə bağlı maraqlı etiraf edib.

Yakob Nilsen zarafatla bildirib: “Etiraf etməliyəm ki, Farer adalarına səfəri planlaşdırmağa xeyli vaxt sərf etmişdim. Ora uçuş təşkil etmək çox çətindir nə uyğun təyyarə, nə də otel tapılırdı. Kimsə bu səfəri təşkil etmək istəsə, artıq bu işin ustasına çevrilmişəm. Amma düşünürəm ki, hazırda “Lex”də heç kimin bunu dinləməyə həvəsi yoxdur”.

Nielsenin bu sözləri Polşa mətbuatında geniş rezonans doğurub və “Lex”in gözlənilməz məğlubiyyətinə ünvanlanmış istehzalı mesaj kimi qiymətləndirilib.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46