Olmo Ayalanın üzrünü qəbul etmədi: “Yalan danışır”

27.07.26 | 18:40

İspaniya millisinin üzvü Dani Olmo dünya çempionatının finalından sonra Argentina yığmasının məşqçi köməkçisi Roberto Ayalanın ondan üzr istəməsini qəbul etmədiyini bildirib.

Final görüşündən sonra sosial şəbəkələrdə yayılan görüntülərdə Ayalanın Olmonun boyun nahiyəsinə zərbə endirdiyi əks olunub. Daha sonra Ayala hadisəyə görə təəssüfləndiyini desə də, bunu futbolçunun dediyi sözlərə reaksiya kimi izah edib.

Olmo isə Diari de Terrassa nəşrinə açıqlamasında bu versiyanı təkzib edib: “Üzr istəyib, eyni zamanda zərbəni mənim hansısa sözümə reaksiya kimi əsaslandırırsa, deməli, səmimi deyil. O, yalan danışır. Mən ona heç nə deməmişdim. Əslində üzr istəmək üçün bəhanəyə yox, səhvi etiraf etməyə ehtiyac var”.

İspan futbolçu əlavə edib ki, insanı səhv deyil, həmin səhvi dürüstlük və ləyaqətlə etiraf etmək bacarığı xarakterizə edir.  FİFA isə final fitindən sonra Argentina nümayəndələrinin davranışı ilə bağlı araşdırmaya başladığını açıqlayıb. Olmo vurğulayıb ki, futbolçular meydanda davranışları ilə uşaqlara və gələcək nəsillərə nümunə olmalıdır: “İstəyirəm ki, övladlarım, ailəm və azarkeşlərimiz yalnız qələbəmizlə deyil, meydandakı davranışımızla da fəxr etsinlər. Futbolçular böyük məsuliyyət daşıyırlar”.

Hazırda “Barselona”da çıxış edən 28 yaşlı Dani Olmo dünya çempionatında İspaniya millisinin heyətində altı oyuna start heyətində başlayıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş:

Xəbər Lenti

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46

“Liverpul”u Kubokdan kənarlaşdırdım, Nevillə selfi çəkdirdim – indi isə “Mançester Yunayted”in Çempionlar Liqası arzusunu gözündə qoyacağam”

10.09.26 | 17:55

The Guardian: Valdas Dambrauskasın Litvadan “Mançester Yunayted”ə uzanan qeyri-adi yolu

10.09.26 | 16:14

Levandovski ilə Messinin duelində rekord qıran gecə

10.09.26 | 15:28

Flik Lamin Yamal üçün “Qızıl top” istəyir: “Heç kimdə onun sahib olduğu özəllik yoxdur”

10.09.26 | 14:19

Fransa qolundan Almaniya məktəbinə: Renat Dadaşovun “Bukovina”ya gedən çətin və maraqlı yolu

10.09.26 | 14:42

Çempionlar Liqasında günün icmalı: “Arsenal”dan dominantlıq, PSJ-dən darmadağın

10.09.26 | 03:57

“Sabah”ın qəhrəmanı Coy-Lens Mikels: Uşaqlıq arzusu və Çempionlar Liqasında ikiqat tarix

10.09.26 | 02:33

“Sabah”ın Çempionlar Liqası yolunda 10 maraqlı fakt

10.09.26 | 02:58