Avqustun 8-9-da Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında cüdo üzrə Avropa Kuboku keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasının məlumatına görə, Avropa Cüdo Birliyinin təşkil etdiyi turnirdə ölkəmizi 6 çəki dərəcəsində 13 idmançı təmsil edəcək.
Qızların yarışında Nərgiz Əhmədova, Gülşən Hüseynova, Gülgəz Musayeva (hamısı 48 kq), Aysun Məmmədova, Nuranə Hacızadə (hər ikisi 52 kq), Vüsalə Hacıyeva, Aytən Verdiyeva, Xədicə Qədəşova (hamısı 57 kq) və Nilgün Rzayeva (63 kq) mübarizə aparacaqlar.
Oğlanlar arasında isə Kənan Hüseynov (73 kq), Davud Namazlı, Canpolad Əliyev və Vidad Əliyev (hamısı 100 kq) tatamiyə çıxacaqlar.
İki gün davam edəcək yarışda 34 ölkədən ümumilikdə 346 cüdoçu (229 oğlan, 117 qız) medallar uğrunda mübarizə aparacaq.