Norveç millisi mundiala 400 kq-dan çox ərzaqla gəlib!

21.06.26 | 10:57

DÇ-2026-ya qələbə ilə başlayan Norveç yığması, qidalanma məsələsinə olduqca ciddi yanaşır. “The Sun” nəşri xəbər verir ki, skandinaviyalılar ABŞ-dakı bazalarına 400 kiloqramdan ənənəvi ərzaqlarını gətiriblər. Məqsəd futbolçuların yerli mətbəxdən asılılığını minimuma endirmək və kəskin rasion dəyişikliyi səbəbindən yarana biləcək mədə-bağırsaq problemlərinin qarşısını almaqdır.

Oslodan 6400 kilometrdən çox uzaqlıqda yerləşən Qrinsboro Universitetində (UNC Greensboro) məskunlaşan komandanın qidalanmasına milli komandada 35 illik təcrübəyə malik baş aşpaz Aron Espeland nəzarət edir. Onun rəhbərliyi altında futbolçulara gündə dörd dəfə yüngül yeməklər təqdim olunur ki, bu rasionun da əsasını gətirilən 300 kiloqram Atlantik qızılbalığı ilə ağ balıq, 116 kiloqram ənənəvi “brunost” qəhvəyi pendiri və 6000-ə yaxın portağal təşkil edir.

Bu xüsusi yanaşma turnirin startında dərhal öz bəhrəsini verib. Belə ki, İraqı 4:1 hesabı ilə darmadağın edən Norveç yığmasında Erlinq Holand dünya çempionatındakı debüt matçını dubl edib. İlk turu uğurla geridə qoyan skandinaviyalılar qrupdakı növbəti oyunda Seneqalla qarşılaçacaqlar.image.png

Paylaş:

Xəbər Lenti

Marselo Byelsa DÇ-2026-dakı su fasilələrindən narazıdır

21.06.26 | 12:44

Seyidcəmşid Cəfərov dünya kubokunun qalibi oldu!

21.06.26 | 12:40

Voleybol yığmamız Avropa Liqasında son matçına çıxır

21.06.26 | 12:11

Tunis DÇ-2026 ilə erkən vidalaşdı: 52 illik antirekordun təkrarı

21.06.26 | 12:06

Tunis yenə böyük hesabala uduzdu

21.06.26 | 11:19

Kürasao tarixi xalını qazandı

21.06.26 | 10:39

Almaniyadan dramatik qələbə: Undav “Bundestim”i xilas etdi

21.06.26 | 10:47

Norveç millisi mundiala 400 kq-dan çox ərzaqla gəlib!

21.06.26 | 10:57

Niderland İsveçə aman vermədi

20.06.26 | 22:37

Qurban Qurbanov: “Ciddi transfer işləri aparılır, gələnlər də olacaq, gedənlər də”

20.06.26 | 22:51

Rəşad Sadıqov: “Turan Tovuz”un cəzalanacağını əvvəlcədən bilsəydik, yaxşı olardı”

20.06.26 | 22:19

“Zirə” qapı xəttini braziliyalı qolkiperlə gücləndirdi

20.06.26 | 22:43

“Qarabağ” mövsümün ilk sınağında “Zirə” ilə qarşılaşdı

20.06.26 | 22:11

Voleybol millimiz Avropa Liqasını məğlubiyyətlə başa vurdu

20.06.26 | 22:48

İspanlar çempionluq formulunu dəyişmir: Uğur yoxdursa, mükafat da yoxdur

20.06.26 | 22:38

Braziliya prezidentindən Neymara atmaca: “O, distant iş rejiminə keçib”

20.06.26 | 22:33

Boksçularmızndan Dünya Kubokunda bir final, iki bürünc

20.06.26 | 18:52

Montella məğlubiyyətdən danışdı, Gülər üzr istədi: Türkiyə tarixi antirekordla DÇ ilə vidalaşdı

20.06.26 | 18:23

DÇ-2026-da yeni İvana Knoll çılğınlığı: Meksikalı model tribunaları fəth etdi

20.06.26 | 18:49

“Odlar Yurdu” və Şəhriyar Məmmədyarov 1/8 finalda

20.06.26 | 18:45