Hesabın böyük olmasına baxmayaraq İraq heç də pis təsir bağışlamadı. Hətta ilk yarıda layiqli müqavimət də göstərdi. Müdafiənin kobud səhvi olmasaydı birinci hissə elə heç-heçə başa çata bilərdi. İkinci hissədə İraq yarım saat tab gətirə bildi. Skandinavların ustalıq səviyyəsinin yüksək olması və daha yaxşı fiziki hazırlıq öz işini gördü.
Dünya Kuboku, I qrupu, 1-ci tur
İraq – Norveç 1:4
Foksboro. “Cilett Stadium”. 63106 tamaşaçı.
Hakim: Pyer Gislen Atço (Qabon)
İraq: Calal Hassan, Hüseyn Əli (Sadun, 73), Zahid Tahsin, Haşim, Doski, Bayeş (Mohanad Əli, 78), Zahid İsmayıl (Zidan İqbal, 59), Əl-Ammari, Əli Casim (Əhməd Kasem, 73), Aymen Hüseyn, Əl-Hamadi (Farci, 59).
Norveç: Nyulann, Hyuerson, Ayer, Heggem, Volfe (Estiqor, 73), Edeqor (Berq, 81), Berge, Eursners (Torstdedt, 73), Nusa (Şelderup, 73), Serlott (Bobb, 73), Holann.
Qollar: Holann, 29; 43. Estiqor, 77. Aymen Hüseyn, 90+6 – avtoqol – Aymen Hüseyn, 39.
Sarı vərəqə: Tahsin, 86.