Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35
Dünya futbolu

Norveçdə futbol artıq sadəcə bir oyun deyil, milli qürur mənbəyidir. Ölkənin mundiala hazırlığı o qədər yüksək səviyyədədir ki, milli komandanın heyətini baş məşqçi Stale Solbakken yox, birbaşa Norveç Kralı V Harald şəxsən təqdim edib.

Kralın milli telekanallarda yayımlanan və xalqa müraciət formatında hazırlanan video-mesajı böyük maraqla qarşılanıb. V Harald çıxışı zamanı heyətin bütün ölkəni təmsil etdiyini vurğulayıb: “Dünya Çempionatında iştirak etmək – uzunmüddətli əməyin və xalqımızın cəsarətli xəyallara olan inamının nəticəsidir. Futbol bizim üçün həm böyük şəhərlərdə, həm də kiçik yaşayış məntəqələrində çox şey ifadə edir. İndi isə dünyanın zirvəsini fəth etmək üçün ən yaxşılarımızı yola salırıq”.

Video-müraciətdən dərhal sonra rəsmi təqdimat mərasimi maraqlı bir məkanda – Stale Solbakkenin doğulub boya-başa çatdığı və futbol karyerasına başladığı, cəmi 1200 nəfər əhalisi olan Kirkenaer kəndində keçirilib. Tədbir 7-ci divizion təmsilçisi “Qryu İL” klubunun stadionunda təşkil olunub.

1991-ci ildən taxtda oturan və xalq arasında “İdman Kralı” kimi tanınan 89 yaşlı V Haraldın idmana olan bağlılığı hər kəsə bəllidir. Hələ vəliəhd olduğu dövrdə o, yelkənli idman növü üzrə üç Olimpiadada – Tokio-1964, Mexiko-1968 və Münhen-1972-də ölkəsini təmsil edib. Hətta 1964-cü il Tokio Oyunlarında Norveç yığmasının bayraqdarı da məhz o olub.

Məğrur monarx öz idman karyerasını olduqca gec – 2022-ci ilin iyulunda, 85 yaşında ikən başa vurub. O, Cenevrədə keçirilən klassik yaxtalar üzrə Dünya Çempionatında 10-cu yeri tutaraq, uzun illər davam edən peşəkar karyerasına uğurlu bir nöqtə qoymuşdu.

Paylaş:

Xəbər Lenti

Rəşad Sadıqov mövsümü yekunlaşdırdı: “Üç cəbhədə döyüşdük, lakin…”

23.05.26 | 22:45

Yuri Vernidubdan “Neftçi”də qalma ehtimalı ilə bağlı açıqlam: Azərbaycanı və buranın insanlarını çox sevirəm”

23.05.26 | 22:02

“Qarabağ”da vidalaşma vaxtı: Üç futbolçu ilə yollar ayrıldı

23.05.26 | 22:15

Azər Bağırovdan gələcəyi ilə bağlı açıqlama: “Daha yaxşı təklifim var”

23.05.26 | 22:37

U-21 yığmamız yoxlama oyunlarına hazırlaşır

23.05.26 | 22:04

Andrey Demçenko: «Zirə» kimi rəqibə qarşı qələbə qazanmaq ikiqat xoşdur»

23.05.26 | 22:16

Norveç futbolunda tarixi gün: DÇ heyətini baş məşqçi yox, Kral elan etdi

23.05.26 | 22:35

Millinin heyəti açıqlandı: Toplanışı 28 futbolçu dəvət edilib

23.05.26 | 17:29

Müqavilə masada, gözlər Mikkelsdə

23.05.26 | 17:55

Tuxelin seçimi İngiltərəni qarışdırdı: Maquayrın anasından ağır ittiham!

23.05.26 | 17:06

Pep Qvardiola «Etihad»da əbədiləşir: Stadionun yanında heykəli ucaldılacaq

23.05.26 | 17:25

Kaxaber Tsxadadze pley-off matçı ərəfəsində: “Bizim üçün bu qarşılaşma finala bərabərdir”

23.05.26 | 17:06

Frankfurt tatamilərində karateçilərmizin “qızıl” və “bürünc” ümidləri

22.05.26 | 21:21

“Əl-Nəsr” çempion oldu, Ronaldo ilk tituluna qovuşdu

22.05.26 | 21:05

TV PROQRAM

22.05.26 | 02:32

Ronaldonun oğlu atasının yolu ilə gedir

22.05.26 | 01:20

Kaxaber Tsxadadze Mingəçevirə yollanır

22.05.26 | 01:08

Ayxan Abbasovdan “Şamaxı” ilə bağlı: “İnanıram ki…”

22.05.26 | 01:04

“Neftçi” ölkə kubokunun qalibi oldu

22.05.26 | 01:27

Nagelsmannın mundial üçün heyəti: Noyerin sürpriz dönüşü

21.05.26 | 19:11