Norveç Kot d’İvuar səddini aşaraq 1/8 finala çıxdı

30.06.26 | 22:52
Dünya futbolu

Kot-d’İvuar pley-off mərhələsinə çıxmaqla Afrika futbolunun nüfuzunu qorudu. Amma 1/16 finalda o qədər də yaxşı təsir bağışlamadı. Norveç 39-cu dəqiqədə Nusanın qolu ilə hesabı açdı. Lakin 74-cü dəqiqədə Diallo tarazlığı bərpa etdi. Qarşılaşmanın əlavə vaxta gedəcəyi zənn olunduğu vaxtda Erlinq Haaland bununla razılaşmadı. O, əsas vaxtın son dəqiqələrində vurduğu qolla skandinaviyalıları yenidən önə çıxardı. Fayenin yetirmələri bu dəfə hesabı bərabərləşdirə bilmədilər. Düzdür, son saniyələrdə Norveçin qapıçısı cərimə zərbəsindən gələn topu doqquluqdan çıxarmaqla komandasına qələbə qazandırdı. Amma etiraf edək ki, ümumilikdə “fillər” çox da güclü təsir bağışlamadı.

Norveçi növbəti mərhələdə Braziliya gözləyir. Bununla belə, cənubi amerikalılar heç də məğlubedilməz görünmürlər. Yaponiya onlara qarşı necə oynamaq lazım olduğunu artıq nümayiş etdirib. Buna görə də norveçlilərin hətta 1/4 finala yüksəlmək şansları kifayət qədər yüksək qiymətləndirilə bilər.

Dünya Kuboku, 1/16 final

Kot d’İvuar – Norveç 1:2

Dallas. AT & T stadionu. 69665 tamaşaçı.

Hakim: Xesus Valensuela (Venesuela).

Kot d’İvuar: Fofana, Due, Kossunu, Aqbadu, Konan (Bazumana Ture, 90+3), Sanqare, Pepe (Diakite, 87), Kessye, Ulai (Amad Diallo, 60), Dyomande (Gessan, 90+3), Bonni (Vai, 60).

Norveç: Nyulann, Pedersen (Eursners, 83), Ayer, Heggem, Volfe, Berge, Edeqor, Berq, Serlott (Şeldrup, 71), Haaland, Nusa (Bobb, 71).

Qollar: Nusa, 39 (0:1). A. Diallo, 74 (1:1). Haaland, 86 (1:2).

Sarı vərəqə: Nusa, 45+1.

Paylaş:

Xəbər Lenti

Messiyə görə “Eldense”yə sponsor axını başlayıb

11.09.26 | 15:11

“Trabzonspor” Arda Turana fantastik məvəccib təklif edir

11.09.26 | 15:53

“Real” Arda Gülərlə bağlı qərarını verdi

11.09.26 | 15:58

Puxaçdan “Mançester Yunayted” etirafı: “Bu səviyyə bizim üçün hələ çox yüksəkdir”

11.09.26 | 14:58

Keyn və Olisedən inanılmaz statistika: 2026-cı ildə 73 məhsuldar hərəkət

11.09.26 | 13:02

Yamal Mbappenin rekordunu qırdı: “Barselona” tarixində də ilkə imza atdı

11.09.26 | 13:05

“Komo”nun futbolçusu: Bütün həyatım boyu Çempionlar Liqasını televizorda izləmişəm

11.09.26 | 12:43

Donnarummanın evinə silahlı basqın: hamilə həyat yoldaşını da döyüblər

11.09.26 | 12:05

5-ci tura “İmişli” – “Neftçi” matçı ilə start veriləcək

11.09.26 | 04:24

Kerrik: “Nəticə rahat görünür, amma oyun həmişə belə deyildi”

11.09.26 | 04:30

Dambrauskas: “Rəqibi həddindən artıq qiymətləndirmiş ola bilərik”

11.09.26 | 03:58

“Sabah” uduzdu, ancaq “Old Trafford”-da özünü itirmədi: 4:0-ın arxasındakı reallıq

11.09.26 | 03:23

Çempionlar Liqasında gecənin oyunları: “Bavariya”dan darmadağın, “Lans”dan möhtəşəm geridönüş

11.09.26 | 02:20

18 illik həsrətə son qoyduqdan dərhal sonra istefa verdi: “Mən heç vaxt qayıtmayacağam”

11.09.26 | 01:03

Almaniyanın sabiq qapıçısı dələduzluqda təqsirli bilinib

11.09.26 | 00:55

“Kəpəz”in kapitanı ağır zədə aldı: 6 həftə yaşıl meydanlardan kənarda qalacaq

11.09.26 | 00:16

“Turan Tovuz” “Sumqayıt”ın aparıcı futbolçusunu transfer etdi

11.09.26 | 00:58

Premyer Liqada V turun təyinatları açıqlandı:  “Zirə” – “Qarabağ” matçını Rəşad Əhmədov idarə edəcək

10.09.26 | 23:59

İstanbulda və Londonda qalib müəyyənləşmədi

10.09.26 | 23:19

15 yaşlı ulduz “Sabah”ın qapısından üç qol keçirdi

10.09.26 | 20:46