Premyer Liqanın II turunda keçirilən “Neftçi” – “Araz-Naxçıvan” qarşılaşması (5:0) Bakı təmsilçisi üçün əlamətdar statistik göstərici ilə yadda qalıb.
Peşəkar Futbol Liqasının (PFL) məlumatına görə, bu nəticə cari mövsümdə qeydə alınan ilk böyükhesablı qələbə olub. Eyni zamanda, “Neftçi”nin ölkə çempionatlarının elitasında qazandığı 150-ci böyükhesablı qələbə kimi tarixə düşüb.
“Neftçi” bu 150 qələbənin 98-ni doğma meydanda, 52-ni isə səfərdə rəsmiləşdirib.
Xatırladaq ki, “Neftçi” elitada ilk böyükhesablı qələbəsini ölkə çempionatlarının debüt mövsümündə – 1992-ci ildə “Şirvan”ı 8:1 hesabı ilə məğlub etməklə qazanıb.