“Neftçi” heyətini yeni hücumçu ilə gücləndirir. Kiprin “Afentiko” nəşrinin yaydığı məlumata görə, portuqaliyalı forvard Pedro Markesin “ağ-qaralar”a keçidi artıq tamamlanıb.
Bir müddət əvvəl maliyyə şərtlərinə görə tərəflər arasında danışıqların boşa çıxdığı bildirilsə də, Bakı klubu sonda razılıq əldə etməyi bacarıb.
Son olaraq Kipr “Apollon”unda çıxış edən 28 yaşlı hücumçu, Limassol təmsilçisində keçirdiyi 85 oyunda 35 qolla yadda qalıb. Müqaviləsi başa çatan portuqaliyalı forvard paytaxt klubuna azad agent statusu ilə qoşulur.